Sosial
Dövlət Yanğından Mühafizə Xidməti Gəncədə “açıq qapı günü” keçirdi
Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğından Mühafizə Xidmətinin təşkilatçılığı ilə Neftayırma Müəssisələri üzrə Yanğından Mühafizə Dəstəsinin 18 nömrəli Yanğından Mühafizə Hissəsində, Suraxanı, Abşeron və Binəqədi rayonlarının Yanğından Mühafizə hissələrində, eləcə də Gəncə şəhər Dövlət Yanğından Mühafizə İdarəsinin 26 nömrəli Yanğından Mühafizə Hissəsində “açıq qapı günü” tədbirləri keçirilib.
Bu barədə Publika.az-a FHN-nin mətbuat xidmətindən məlumat verilib.
Bildirilib ki, tədbirlərdə “Barama” uşaq bağçasının paytaxtın müxtəlif rayonlarında və Gəncə şəhərində fəaliyyət göstərən korpuslarının azyaşlıları və tərbiyəçiləri iştirak ediblər.
Tədbirlərin keçirilməsində məqsəd uşaqların hərtərəfli inkişafına, fiziki və mənəvi cəhətdən sağlam yetişməsinə, onlarda təhlükəsiz həyat fəaliyyəti mədəniyyətinin və ilkin yanğın təhlükəsizliyi biliklərinin formalaşmasına kömək etmək, həmçinin azyaşlıları yanğınsöndürənlərin peşə fəaliyyəti barədə məlumatlandırmaq olub.
“Açıq qapı günü” tədbirləri çərçivəsində iştirakçılara yanğınsöndürənlərin gündəlik iş rejimi və yanğından mühafizə hissələrinin fəaliyyəti barədə ətraflı məlumat verilib, ilkin yanğınsöndürmə vasitələrindən istifadə qaydaları və əməkdaşların məşqlərinin bir hissəsi əyani şəkildə nümayiş etdirilib.
Həmçinin, uşaqlar fövqəladə hadisələr zamanı istifadə olunan yanğınsöndürmə və digər qəza-xilasetmə texnika və avadanlıqları ilə yaxından tanış olub, belə hallarda təhlükəsiz davranış qaydaları barədə məlumatlandırılıblar.
Tədbirlərdə uşaqları maraqlandıran suallar cavablandırılıb.
-
Rəsmi xronika12:50Ərdoğan İlham Əliyevi təbrik etdi
-
Nida Xəbər 12:00Paşinyandan yeni Konstitusiya ilə bağlı mühüm açıqlama: Ən vacib vəzifə Azərbaycanla...
-
Region11:48Ermənistanın 2027-ci il üçün dövlət büdcəsi: Təqaüdlərə 674 milyard, müdafiə xərclərinə...
-
Nida Xəbər 10:18Kredit borcları ilə bağlı hamının gözlədiyi xəbər gəldi - Yeni qərar gözlənilir...
-
Dünya09:42Putin onlara vəd verib: Sizin zənginizə həmişə cavab verəcəyəm
-
Sosial09:36Pensiyaçılarla bağlı yeni vəziyyət yarandı - 200 manat verilir, əvəzində…
-
Dünya08:48Piratlar İranın balıqçı gəmisini ələ keçirdilər - 23 nəfərdən xəbər yoxdur
-
Səhiyyə08:00Optimal qan şəkəri səviyyəsi müəyyən edildi

































.jpg)
.jpg)
