Sosial
Lənkəranın daha bir dağ kəndi qazlaşdırılır - Foto/Video
Ölkə üzrə qazlaşmayan kənd və yeni yaşayış massivlərinin qazlaşdırılması SOCAR-ın “Azəriqaz” İstehsalat Birliyinin gündəliyində duran əsas məsələlərdəndir. Qazlaşma proqramı Birliyin daxili maliyyə imkanlarına uyğun olaraq mərhələli şəkildə həyata keçirilir.
Publika.az xəbər verir ki, bu proqram çərçivəsində qazlaşma işləri aparılan yaşayış məntəqələrindən biri də Lənkəran rayonunun Daştatük kəndidir. Talış dağlarının ətəyində yerləşən bu kənddə küçə qaz xətlərinin çəkilişi aparılır.
“Azəriqaz” İB-nin Lənkəran Regional Qaz İstismarı İdarəsinin Mühəndislik və layihə şöbəsinin rəisi Vəfadar Ağayevin sözlərinə görə, hazırda işlərin 50 faizi icra olunub:
“Layihə çərçivəsində kənd ərazisində ümumilikdə 23 325 poqonmetr müxtəlif diametrli qaz xəttinin çəkilməsi nəzərdə tutulub.
Hazırda işlərin 50 faizi icra olunub. Xətlərin 6 000 poqonmetri polietilen, qalan hissəsi isə metal borularla çəkilir. İşlərin ilin sonunadək tam başa çatdırılması planlaşdırılır”.
Qeyd edək ki, işlər başa çatdıqdan sonra sakinlər müvafiq sənədlərlə “ASAN xidmət” mərkəzinə müraciət etməklə evlərinə mavi yanacağın verilməsini təmin etmiş olacaqlar.
Daha ətraflı “Azəriqaz”ın “YouTube” səhifəsində:
-
ABŞ09:45Yadplanetlilərin yeri bəlli oldu - ABŞ admiralından sensasion iddia: Orada axtarın
-
Region07:55ABŞ qırıcısı Qeşm adasında İranın zenit qurğusunu məhv etdi - Yeniləndi
-
Region04:30Əraqçi belə Xamenei ilə görüşə bilmir: Yeri sirr kimi saxlanılır
-
Qoroskop00:27Günün ulduz falı: Maliyyə vəziyyətiniz yaxşılaşacaq
-
Kriminal2 Noyabr 21:51Gəncədə korrupsiya əməliyyatı: vəzifəli şəxs saxlanıldı
-
Avropa2 Noyabr 21:13Supermarketlərə kiberhücum təhlükəsi - Xəbərdarlıq edildi
-
ABŞ2 Noyabr 19:00ABŞ-da Hellouin dəhşəti: onlarla insan güllələndi
-
Hadisə2 Noyabr 18:5017 yaşlı Azərbaycan çempionu qəfil vəfat etdi - Foto







.jpg)























.jpg)


