Cəmi 20 il qalıb: Bil Qeyts insanlığı təhdid edən xəbəri çatdırdı
Bizi izləyin

Sosial

Cəmi 20 il qalıb: Bil Qeyts insanlığı təhdid edən xəbəri çatdırdı

Cəmi 20 il qalıb: Bil Qeyts insanlığı təhdid edən xəbəri çatdırdı

"Microsoft"un həmtəsisçisi Bill Qeyts hesab edir ki, süni intellekt və robot texnologiyalarının sürətli inkişafı qarşıdakı 20 ildə insanların gördüyü işlərin böyük hissəsini əvəz edə bilər.

Publika.az xəbər verir ki, o, "The Verge" nəşrinin "Decoder" podkastına müsahibəsində robotların gələcəkdə ev tikmək, ərzaq hazırlamaq və hətta cərrahi əməliyyatlar aparmaq imkanına sahib olacağını bildirib.

Qeytsin proqnozuna görə, süni intellektin inkişafı indiki sürətlə davam edərsə, təxminən 20 il ərzində robot əməyinin istehsal və xidmət sahələrində geniş yayılması mümkün olacaq. Robotlar insanlardan daha ucuz, sürətli və səmərəli işləyəcək.

Bu dəyişiklik ilk növbədə ofis işçilərinə təsir göstərə bilər. Süni intellekt telefonla satış, müştəri xidmətləri və mühasibatlıq kimi sahələrdə insanları əvəz edə biləcək. Humanoid robotlar isə tikinti və kənd təsərrüfatı da daxil olmaqla fiziki əmək tələb edən sahələrdə geniş istifadə olunacaq.

Qeyts hesab edir ki, avtomatlaşdırma məhsulların ucuzlaşmasına, daha əlçatan mənzillərin tikilməsinə və tibbi xidmətlərin keyfiyyətinin yüksəlməsinə şərait yaradacaq. Süni intellekt xəstəliklərin müalicəsi üçün yeni üsulların hazırlanmasına da kömək edə bilər.

Bununla belə, texnoloji dəyişikliklərin ciddi sosial nəticələri ola bilər. Milyonlarla insanın peşə bacarıqları artıq tələb olunmaya, mövcud iş yerləri isə yox ola bilər. Qeytsin əsas narahatlığı bu keçid dövründə cəmiyyətin böyük sarsıntılarla üzləşməsidir.

O vurğulayıb ki, iş insan üçün yalnız gəlir mənbəyi deyil, həm də həyat məqsədi, gündəlik rejim və sosial münasibətlər deməkdir. Robotlar həm fiziki, həm də zehni əməyin böyük hissəsini üzərinə götürdükdə cəmiyyət məşğulluq, gəlirlərin bölüşdürülməsi və insanların yeni həyat məqsədləri tapması kimi mürəkkəb məsələlərlə üzləşəcək.

Müəllif: Adəm

Oxumağa davam et
Reklam
Reklam

Gündəm