Sosial
Bakıda sinif yoldaşını yandıran şagirdin ittihamı ağırlaşdırıldı
Bakıda orta məktəbdə sinif yoldaşını üzərinə tezalışan maddə tökərək yandırmaqda təqsirləndirilən 2010-cu il təvəllüdlü T.Təhməzovun barəsində başlanılmış cinayət işində ittiham ağırlaşdırılıb.
Publika.az Oxu.az-a istinadla xəbər verir ki, faktla bağlı Cinayət Məcəlləsinin 126.1-ci (qəsdən sağlamlığa ağır zərər vurma) maddəsilə cinayət işi başlanılsa da sonradan ittiham Cinayət Məcəlləsinin 29, 120.2.4-cü (xüsusi amansızlıqla və təhlükəli üsulla qəsdən adam öldürməyə cəhd) maddəsinə dəyişdirilib.
Hazırda faktla bağlı cinayət işinin istintaqı dəyişdirilib.
Xatırladaq ki, hadisə bu il aprelin 20-də Bakıdakı 286 saylı orta məktəbdə 9-cu siniflərin birində dərs zamanı baş verib. Təhsil müəssisəsinin 9-cu sinif şagirdi T.Təhməzov sinif yoldaşı M.Vəliyevlə mübahisə edib. Mübahisədən sonra Təhməzov özü ilə gətirdiyi plastik qabda olan tezalışan maddəni (spirt - red.) Vəliyevin üzərinə tökərək ona od vurub. Hadisə nəticəsində M.Vəliyev ağır yanıq xəsarətləri ilə xəstəxanaya yerləşdirilib. Şagirdin vəziyyəti ağır olduğundan o, Türkiyədəki klinikalardan birinə köçürülüb.
Polis əməkdaşlarının keçirdikləri tədbirlərlə hadisəni törətməkdə şübhəli bilinən T.Təhməzov saxlanılıb və barəsində məhkəmə qərarı ilə həbs qətimkan tədbiri seçilib.
-
Nida Xəbər 12:19Bu şəxslərə ev təklif ediləcək - Deputat
-
Nida Xəbər 12:13Səbinə Əliyeva yenidən ombudsman seçildi
-
Region11:30Ermənistanın 2027-ci il üçün dövlət büdcəsi: Hansı nazirliyə nə qədər ayrılacaq?
-
Rəsmi xronika11:28İlham Əliyev Keniyanın Azərbaycandakı yeni səfirini qəbul etdi - FOTO
-
ABŞ09:45Yadplanetlilərin yeri bəlli oldu - ABŞ admiralından sensasion iddia: Orada axtarın
-
Region07:55ABŞ qırıcısı Qeşm adasında İranın zenit qurğusunu məhv etdi - Yeniləndi
-
Region04:30Əraqçi belə Xamenei ilə görüşə bilmir: Yeri sirr kimi saxlanılır
-
Qoroskop00:27Günün ulduz falı: Maliyyə vəziyyətiniz yaxşılaşacaq









.jpg)























.jpg)


