Sosial
BDYPİ yol hərəkəti iştirakçılarına müraciət etdi
Baş Dövlət Yol Polisi İdarəsi dumanlı hava ilə əlaqədar yol hərəkəti iştirakçılarına müraciət edib.
İdarədən Publika.az-a verilən xəbərə görə, hazırda respublika ərazisində müşahidə olunan dumanlı hava şəraiti ilə əlaqədar Abşeron yarımadası da daxil olmaqla bir sıra bölgələrdə görünüş məsafəsi məhdudlaşıb.
Məlumata görə, dumanlı hava xüsusilə səhər və axşam saatlarında sürücünün görünüş dairəsini əhəmiyyətli dərəcədə azaldır ki, bu da ağır yol-nəqliyyat hadisələrinə, o cümlədən zəncirvari toqquşmalara zəmin yaradır.
"Odur ki, sürücülərə belə havalarda daha diqqətli olmaq, sürət həddini hava şəraitinə uyğun seçmək, daha çox ara məsafəsi saxlamaq, xarici işıq cihazlarının sazlığına diqqət yetirmək, ötmə və manevr etmə zamanı təhlükəsizlik qaydalarına ciddi riayət etmək tövsiyə olunur.
Piyadalardan isə dumanlı hava şəraitində sürücülərin yolun hərəkət hissəsini və kənarlarını aydın görməkdə çətinlik çəkdiklərini nəzərə alaraq, yola çıxarkən daha məsuliyyətli olmalarını xahiş edirik" - deyə məlumatda qeyd olunub.
-
Dünya10:06Nostradamusun 2027-ci il üçün qorxunc proqnozu: Qlobal fəlakət, maliyyə böhranı...
-
Səhiyyə08:12Ürək tutmasına bənzəyən sindrom - Ürək “qırıla” bilir
-
Magazin106:16“Eşref Tek”in tərəf müqabili bəlli oldu - FOTO
-
Avropa05:45Tutduğu balıq sayəsində milyonçu oldu
-
Dünya04:44Ordular birləşdi, genişmiqyaslı əməliyyat başladı
-
Sosial03:43Bu rayonların bir sıra ərazilərində işıq olmayacaq
-
Hadisə02:42Xırdalanda itkin düşən 12 yaşlı qız tapıldı - VİDEO/YENİLƏNDİ
-
Magazin202:12Elza çiyinləri açıq libasda poza verdi - FOTO/VİDEO



















.jpg)















