Sosial
İpoteka götürmək istəyənlərə şad xəbər
Gələn ilin dövlət büdcəsindən İpoteka və Zəmanət Fonduna 89 milyon manat vəsait ayrılacaq.
Publika.az xəbər verir ki, bu, Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin bu gün keçirilən iclasında müakirəyə çıxarılan “Azərbaycan Respublikasının 2027-ci il dövlət büdcəsi haqqında” qanun layihəsində öz əksini tapıb.
Bundan başqa, 2027-ci ilin dövlət büdcəsində İpoteka ve Kredit Zəmanət Fondunun nizamnamə kapitalının artırılması üçün nəzərdə tutulmuş 89,0 milyon manat məbləğində vəsait Azərbaycan əhalisinin mənzilə olan tələbatının ödənilməsi və vətəndaşların güzəştli şərtlərlə mənzil əldə etməsi üçün əlavə imkanlar yaradacaqdır.
2027-ci ilin dövlət büdcəsindən dövlət əmlakının özəlləşdirilməsinin təşkili və mülkiyyət hüquqlarının qorunması ilə bağlı xərclər üçün isə 35,0 milyon manat, qeyri-neft məhsullarının ixracının təşviqi, stimullaşdırılması və bu qəbildən olan digər tədbirlərin maliyyə təminatı üçün 13.3 milyon manat, ölkə daxilində istehsal edilən və qiymətləri tənzimlənən yanacağın daşıyıcılar tərəfindən Naxçıvan Muxtar Respublikasına daşınmasına çəkilən əlavə xərclərin ödənilməsi üçün 10.0 milyon manat məbləğində vəsait nəzərdə tutulub.
-
Sosial12:16Yeni doğulan uşağa görə ailələrə 1500 manat veriləcək
-
Ekologiya10:4280 alimin hesabatı yayıldı: Yeri fəlakət gözləyir, qarşısını almaq mümkün olmayacaq
-
Nida Xəbər 10:30Həbsdə olan icra başçısının qızına yüksək vəzifə verildi - FOTO
-
Dünya10:06Nostradamusun 2027-ci il üçün qorxunc proqnozu: Qlobal fəlakət, maliyyə böhranı...
-
Səhiyyə08:12Ürək tutmasına bənzəyən sindrom - Ürək “qırıla” bilir
-
Magazin106:16“Eşref Tek”in tərəf müqabili bəlli oldu - FOTO
-
Avropa05:45Tutduğu balıq sayəsində milyonçu oldu
-
Dünya04:44Ordular birləşdi, genişmiqyaslı əməliyyat başladı

















.jpg)
.jpg)
















