Sosial
2 nömrəli Bakı Baza Tibb Kollecində Zəfər Günü qeyd olundu - FOTO
2 nömrəli Bakı Baza Tibb Kollecində Zəfər Gününə həsr olunmuş bayram tədbiri keçirilib
Publika.az xəbər verir ki, Tədbirdə Ulu öndər Heydər Əliyevin və şəhidlərimizin xatirəsi bir dəqiqəlik sükutla yad edildi.Tədbirdə Yasamal Rayon İcra Hakimiyyətinin başçısı Elşad Həsənov, kollecin direktoru Dilarə Məmmədəliyeva, YAP Yasamal rayon təşkilatının sədri Bəxtiyar Nəbiyev, şəhid valideyni Lalə Kazımlı, müəllim və tələbə heyəti iştirak ediblər.
Kollecin direktoru Dilarə Məmmədəliyeva çıxışında Zəfər Gününün gənc nəslin vətənpərvərlik ruhunda tərbiyəsində mühüm rol oynadığını qeyd edərək, şəhidlərimizin əziz xatirəsinin daim uca tutulmasının hər bir vətəndaşın mənəvi borcu olduğunu bildirib.
Tədbirdə çıxış edən Yasamal Rayon İcra Hakimiyyətinin başçısı Elşad Həsənov Zəfər Gününün Azərbaycan tarixindəki müstəsna əhəmiyyətindən bəhs edib. Bildirib ki, 44 günlük Vətən müharibəsində qazanılan tarixi Qələbə Azərbaycan xalqının birliyinin, həmrəyliyinin, ordumuzun gücünün və Müzəffər Ali Baş Komandan İlham Əliyevin qətiyyətli rəhbərliyinin təntənəsidir. O, bu Zəfərin əldə olunmasında canlarından keçən şəhidlərimizin və sağlamlıqlarını itirən qazilərimizin qəhrəmanlığının heç zaman unudulmayacağını vurğulayıb.
Şəhid valideyni Lalə Kazımlı isə çıxışında Vətən uğrunda canından keçən qəhrəmanların xatirəsini yad edib, şəhid ailələrinə göstərilən diqqət və qayğıya görə minnətdarlığını ifadə edib.
Tədbir tələbələrin ifasında təqdim olunan musiqi və bədii kompozisiyalarla davam edib və bədii hissə ilə başa çatıb.
-
Rəsmi xronika16:03Prezident 2 sərəncam imzaladı
-
Qoroskop14:10Bu ilin son iki ayında hansı bürclər evlənəcək? - Sevgi və nikah sürprizləri
-
Avropa13:22“Ayaz bəy” batdı – 4 dənizçi gəmini tərk etməkdən imtina etdi
-
Rəsmi xronika12:34Prezident xanımı və qızı ilə Bakı Ekspo Mərkəzinə getdi
-
Sosial12:16Yeni doğulan uşağa görə ailələrə 1500 manat veriləcək
-
Ekologiya10:4280 alimin hesabatı yayıldı: Yeri fəlakət gözləyir, qarşısını almaq mümkün olmayacaq
-
Nida Xəbər 10:30Həbsdə olan icra başçısının qızına yüksək vəzifə verildi - FOTO
-
Dünya10:06Nostradamusun 2027-ci il üçün qorxunc proqnozu: Qlobal fəlakət, maliyyə böhranı...






.jpg)

.jpg)












.jpg)















