Sosial
Mehriban Əliyeva qızı və gəlini ilə Devid Qarrettin simfonik şousunu izlədi - Foto
Noyabrın 4-də Heydər Əliyev Mərkəzində dünyaşöhrətli skripkaçı Devid Qarrett “Millennium Symphony - Crossover Programme” simfonik şousu ilə çıxış edib.
Publika.az xəbər verir ki, Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyeva və ailə üzvləri simfonik şounu izləyiblər.
Devid Qarrett klassik musiqi ilə rok, pop və kino melodiyalarını birləşdirdiyi unikal proqramında Bethovenin, Hans Zimmerin, Maykl Ceksonun, “Nirvana” və “Rammstein” qruplarının, həmçinin digər sənətçilərin əsərlərini və musiqi hitlərini özünəməxsus tərzdə təqdim edib.
Qeyd edək ki, D.Qarrett səhnədə debütünü 10 yaşında edib. O, 13 yaşında nüfuzlu "Deutsche Grammophon" ilə müqavilə bağlayan ən gənc sənətçi olub. Təhsilini bitirdikdən indiyədək Devid Qarrett Zubin Mehta, Kristof Eşenbah, Rikkardo Şayi və Andres Orosko-Estrada kimi dirijorlarla çalışır.
Sənətçinin yaradıcılığında xüsusi yer tutan klassik "ICONIC" albomu Almaniyanın pop musiqi hit-paradında dördüncü pilləyə yüksələrək, klassik musiqi üçün müstəsna nailiyyətə imza atıb. Albom, eyni zamanda, “Golden Record” və “İlin bestselleri” nominasiyalarında “Opus-Klassik 2023” mükafatlarına layiq görülüb. Devid Qarrett bu klassik repertuarla beynəlxalq turneyə çıxaraq 5 qitədə 113 konsert verib.



-
Hadisə21:39Azərbaycanda ov zamanı itkin düşən iş adamının meyiti aşkarlandı
-
Avropa20:12Bu dəfə qan ehtiyatlarını hədəf aldılar - Bir neçə obyektə kiberhücum
-
Ekopublika.az19:00Mərkəzi Bankdan “Portmanat”a irad - Telefonunuzdakı pullar risk altında
-
Rəsmi xronika15:55Prezidentdən Kamran İmanovla bağlı sərəncam
-
Qoroskop14:10Bu ilin son iki ayında hansı bürclər evlənəcək? - Sevgi və nikah sürprizləri
-
Avropa13:22“Ayaz bəy” batdı – 4 dənizçi gəmini tərk etməkdən imtina etdi
-
Sosial12:16Yeni doğulan uşağa görə ailələrə 1500 manat veriləcək
-
Ekologiya10:4280 alimin hesabatı yayıldı: Yeri fəlakət gözləyir, qarşısını almaq mümkün olmayacaq










.jpg)








.jpg)
















