Sosial
Bir sıra sosial ödənişlərin məbləği artırılır - Video
2027-ci il dövlət büdcəsi layihəsidə bir sıra sosial müavinət və ödənişlərin məbləği artırılır.
Publika.az Xəzər TV-yə istinadən bildirir ki, layihəyə əsasən, uşağın anadan olmasına görə ödənilən müavinətin məbləğinin kəskin artımı proqnozlaşdırılır.
2026-ci ildə yeni doğulan uşağa görə birdəfəlik 600 manat ödənilirdisə, gələn ildən bu məbləğ 900 manat artırılaraq 1500 manat olacaq.
Maliyyə naziri Sahil Babayev bildirib ki, 2027-ci ilin dövlət büdcəsində sosial müdafiə və sosial təminata ayrılan vəsait əhalinin rifahının yaxşılaşdırılması məqsədi daşıyır.
3 yaşınadək uşağı olan sığortaolunan analara da hər ay 100 manat pul veriləcək. Daha əvvəl isə bu məbləğ 37 manat 58 qəpik idi. Həmçinin, gələn il hamiləliyə və doğuma görə müavinətin hesablanmasında bir iş gününə düşən orta gündəlik qazancın 50 manat, 57 qəpik, əmək qabiliyyətinin müvəqqəti itirilməsinə görə isə 53 manat 50 qəpik olacağı gözlənilir. Pensiyaçılar üçün dəfn pulunun orta məbləğinin 946 manatdan 1200 manata, sığortaolunanlar üçün isə 590 manatdan 700 manata çatdırılması proqnozlaşdırılır.
20 il və daha çox xidməti etmiş işləyən və ehtiyatda olan hərbi qulluqçuların mənzillə təmin olunması və digər zəruri xərclərin maliyyə təminatı üçün 15 milyon manat ayrılıb. Layihəyə əsasən, kirayəyə götürülən yaşayış sahəsinə görə yaşayış yeri olmayan hərbi qulluqçulara ödənilən pul kompensasiyası üçün 14,7 milyon manat məbləğində vəsait nəzərdə tutulub.
Daha ətraflı videomaterialı təqdim edirik.
-
Sosial4 Noyabr 23:35Bir sıra sosial ödənişlərin məbləği artırılır - Video
-
Hadisə4 Noyabr 21:39Azərbaycanda ov zamanı itkin düşən iş adamının meyiti aşkarlandı
-
Avropa4 Noyabr 20:12Bu dəfə qan ehtiyatlarını hədəf aldılar - Bir neçə obyektə kiberhücum
-
Ekopublika.az4 Noyabr 19:00Mərkəzi Bankdan “Portmanat”a irad - Telefonunuzdakı pullar risk altında
-
Rəsmi xronika4 Noyabr 15:55Prezidentdən Kamran İmanovla bağlı sərəncam
-
Qoroskop4 Noyabr 14:10Bu ilin son iki ayında hansı bürclər evlənəcək? - Sevgi və nikah sürprizləri
-
Avropa4 Noyabr 13:22“Ayaz bəy” batdı – 4 dənizçi gəmini tərk etməkdən imtina etdi
-
Sosial4 Noyabr 12:16Yeni doğulan uşağa görə ailələrə 1500 manat veriləcək




































