Sosial
Azərbaycanda qeydiyyatda olan narkotik istifadəçilərinin sayı açıqlandı
Azərbaycanda narkotik vasitələrdən istifadə ilə bağlı rəsmi qeydiyyatda olan şəxslərin sayı 42 624 nəfərə çatıb.
Publika.az xəbər verir ki, bu barədə Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin təşkilatçılığı ilə keçirilən “Narkomaniya ilə mübarizədə media və vətəndaş cəmiyyətinin rolu” mövzusunda maarifləndirici təlimdə Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə üzrə Dövlət Komissiyasının daimi fəaliyyət göstərən İşçi Qrupunun baş məsləhətçisi Şahin İsmayılov məlumat verib.
Təqdim olunan statistikaya əsasən, qeydiyyatda olan şəxslərin 1093-ü qadındır.
İstifadə olunan narkotik vasitələrin növünə görə bölgü belədir:
Opioidlərdən istifadə edənlər – 19 877 nəfər (315-i qadın);
Kannabinoidlərdən istifadə edənlər – 9 362 nəfər (136-sı qadın);
Eyni zamanda bir neçə növ narkotik vasitədən istifadə edənlər – 13 385 nəfər (642-si qadın).
Şahin İsmayılovun sözlərinə görə, hesabat dövründə 2 679 nəfər narkotik istifadəçisi kimi yeni qeydiyyata götürülüb. Onlardan 117-si opioid, 845-i kannabinoid, 1 717-si isə eyni zamanda bir neçə növ narkotik vasitədən istifadə edən şəxslərdir.
Eyni dövrdə 545 nəfər isə rəsmi qeydiyyatdan çıxarılıb.
Akqabay Mıradov
-
Rəsmi xronika10:22İlham Əliyev onlara müraciət ünvanladı
-
Nida Xəbər 10:06Vətən Müharibəsi Qəhrəmanına general-mayor rütbəsi verildi
-
Dünya09:30Daha bir ölkədə etirazçılarla polis toqquşdu: Prezidentin istefasını tələb edirlər
-
Region08:49Nüvə müharibəsi ilə bağlı təcili xəbərdarlıq - 24 saat ərzində…
-
Cənubi Qafqaz03:44İrəvanda gecə toplantısı: 12 siyasi qüvvə Paşinyana qarşı birləşdi
-
Qoroskop00:45Günün ulduz falı: dünyanızı alt-üst edəcək hadisə baş verə bilər...
-
Sosial4 Noyabr 23:35Bir sıra sosial ödənişlərin məbləği artırılır - Video
-
Hadisə4 Noyabr 21:39Azərbaycanda ov zamanı itkin düşən iş adamının meyiti aşkarlandı






.jpg)

























