Polad Həşimovun anasının vəziyyəti açıqlandı
Bizi izləyin

Sosial

Polad Həşimovun anasının vəziyyəti açıqlandı

Polad Həşimovun anasının vəziyyəti açıqlandı

Milli Qəhrəman general-mayor Polad Həşimovun anası Səmayə Həşimovanın vəziyyəti açıqlanıb.

Sumqayıt Tibb Mərkəzindən Publika.az-a bildirilib ki, S.Həşimova oktyabrın 27-də saat 10:00 radələrində Sumqayıt Tibb Mərkəzinin 2 nömrəli Şəhər Xəstəxanasına hospitalizasiya olunub.

Arterial hipertenziya, şəkərli diabet və ürək çatışmazlığı diaqnozları təyin edilən şəxsdə aparılan müayinələr zamanı pnevmoniya əlamətləri də aşkarlanıb.

Pasiyentin müalicəsi xəstəxananın Terapiya şöbəsində davam etdirilir. Vəziyyəti stabil qiymətləndirilir.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm