Sosial
Azərbaycanda narkotiklərin ən çox aşkarlandığı bölgələr - RƏSMİ STATİSTİKA
Azərbaycanda hüquq-mühafizə orqanları tərəfindən qanunsuz dövriyyədən çıxarılan narkotik vasitələr və psixotrop maddələrin illər üzrə həcmi və coğrafi xəritəsi bəlli olub.
Publika.az xəbər verir ki, bu barədə Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin təşkilatçılığı ilə keçirilən “Narkomaniya ilə mübarizədə media və vətəndaş cəmiyyətinin rolu” mövsuzunda maarifləndirici təlimdə Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə üzrə Dövlət Komissiyasının daimi fəaliyyət göstərən İşçi Qrupunun baş məsləhətçisi Şahin İsmayılov məlumat verib.
Təqdim olunan statistikaya əsasən, 2019–2025-ci illər ərzində hüquq-mühafizə orqanları tərəfindən qanunsuz dövriyyədən ümumilikdə 42 ton 712 kq 727 qram narkotik vasitə və psixotrop maddə götürülüb.
Qanunsuz dövriyyədən çıxarılan maddələrin həcmi üzrə bölgüsü aşağıdakı kimidir:
Marixuana: 22 ton 685 kq 297 qr;
Heroin: 13 ton 483 kq 697 qr;
Psixotrop maddələr və digərləri: 3 ton 595 kq 080 qr;
Tiryək: 2 ton 352 kq 684 qr;
Həşiş: 489 kq 433 qr;
Kokain: 6 kq 799 qr.
Məqsədli təhlil və təqdim olunan risk xəritəsi göstərir ki, ölkə ərazisində qanunsuz dövriyyədən ən çox narkotik vasitə götürülən zonalar məhz cənub istiqamətində - İranla sərhəd rayonlarda cəmləşib.
Xüsusilə cənub sərhədi boyunca yerləşən rayonlar (Astara, Lənkəran, Lerik, Yardımlı, Cəlilabad, Biləsuvar), eləcə də Bakı şəhəri və Abşeron yarımadası narkotik vasitələrin ən çox aşkar edilərək götürüldüyü əsas riskli bölgələr sırasındadır.
Akqabay Mıradov
-
Rəsmi xronika10:22İlham Əliyev onlara müraciət ünvanladı
-
Nida Xəbər 10:06Vətən Müharibəsi Qəhrəmanına general-mayor rütbəsi verildi
-
Dünya09:30Daha bir ölkədə etirazçılarla polis toqquşdu: Prezidentin istefasını tələb edirlər
-
Region08:49Nüvə müharibəsi ilə bağlı təcili xəbərdarlıq - 24 saat ərzində…
-
Cənubi Qafqaz03:44İrəvanda gecə toplantısı: 12 siyasi qüvvə Paşinyana qarşı birləşdi
-
Qoroskop00:45Günün ulduz falı: dünyanızı alt-üst edəcək hadisə baş verə bilər...
-
Sosial4 Noyabr 23:35Bir sıra sosial ödənişlərin məbləği artırılır - Video
-
Hadisə4 Noyabr 21:39Azərbaycanda ov zamanı itkin düşən iş adamının meyiti aşkarlandı









.jpg)












.jpg)








