Sosial
Narkotik cinayətlərində qadınların və yeniyetmələrin sayı… - RƏSMİ
Azərbaycanda son 7 ildə narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə bağlı cinayət məsuliyyətinə cəlb edilən şəxslərin sayı açıqlanıb.
Publika.az xəbər verir ki, bu barədə Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin təşkilatçılığı ilə keçirilən “Narkomaniya ilə mübarizədə media və vətəndaş cəmiyyətinin rolu” mövzusunda maarifləndirici təlimdə Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə üzrə Dövlət Komissiyasının daimi fəaliyyət göstərən İşçi Qrupunun baş məsləhətçisi Şahin İsmayılov məlumat verib.
Bildirilib ki, 2019-2025-ci illər ərzində ümumilikdə 44 752 nəfər cinayət məsuliyyətinə cəlb olunub. Ən yüksək göstərici 2023-cü ildə qeydə alınıb. Həmin il 8 777 nəfər məsuliyyətə cəlb edilib.
İllər üzrə göstəricilər belə olub: 2019-cu ildə 3 487, 2020-ci ildə 4 233, 2021-ci ildə 6 512, 2022-ci ildə 8 677, 2023-cü ildə 8 777, 2024-cü ildə 7 316, 2025-ci ildə isə 5 750 nəfər.
Yaş bölgüsünə gəlincə, məsuliyyətə cəlb olunanların 34 434 nəfəri 30 yaşdan yuxarı, 10 238 nəfəri 18-30 yaş aralığında olan şəxslərdir. 16-18 yaşlı yeniyetmələrin sayı isə 80 nəfər təşkil edib. Bu yaş qrupunda ən yüksək göstərici 2025-ci ildə qeydə alınıb. Həmin il 17 yeniyetmə cinayət məsuliyyətinə cəlb olunub.
Statistikaya əsasən, qeyd olunan dövrdə narkotik cinayətləri ilə bağlı məsuliyyətə cəlb edilən qadınların sayı 1 198 nəfər olub. Onların sayının ən yüksək olduğu il 245 nəfərlə 2023-cü il olub.
Bundan başqa, cinayət məsuliyyətinə cəlb olunanlar arasında 604 xarici ölkə vətəndaşı da var.
Akqabay Mıradov
-
Rəsmi xronika10:22İlham Əliyev onlara müraciət ünvanladı
-
Nida Xəbər 10:06Vətən Müharibəsi Qəhrəmanına general-mayor rütbəsi verildi
-
Dünya09:30Daha bir ölkədə etirazçılarla polis toqquşdu: Prezidentin istefasını tələb edirlər
-
Region08:49Nüvə müharibəsi ilə bağlı təcili xəbərdarlıq - 24 saat ərzində…
-
Cənubi Qafqaz03:44İrəvanda gecə toplantısı: 12 siyasi qüvvə Paşinyana qarşı birləşdi
-
Qoroskop00:45Günün ulduz falı: dünyanızı alt-üst edəcək hadisə baş verə bilər...
-
Sosial4 Noyabr 23:35Bir sıra sosial ödənişlərin məbləği artırılır - Video
-
Hadisə4 Noyabr 21:39Azərbaycanda ov zamanı itkin düşən iş adamının meyiti aşkarlandı










.jpg)










.jpg)








