Sosial
12–13 yaşlı narkotik istifadəçiləri var, amma valideynləri… - Şahin İsmayılov
Narkotik istifadəçisi olan 12–13 yaşlı uşaqlar var. Valideynlər onları qeydiyyata saldırmaq istəmir.
Publika.az xəbər verir ki, bunu Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə üzrə Dövlət Komissiyasının daimi fəaliyyət göstərən İşçi Qrupunun baş məsləhətçisi Şahin İsmayılov Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin təşkilatçılığı ilə keçirilən “Narkomaniya ilə mübarizədə media və vətəndaş cəmiyyətinin rolu” mövzusunda maarifləndirici təlimdə çıxışı zamanı bildirib.
Onun sözlərinə görə, azyaşlı narkotik istifadəçiləri də var. Lakin bəzi valideynlər övladlarının narkoloji dispanserdə qeydiyyata alınmasını istəmirlər. Buna səbəb uşaqlarının sağlamlıq məlumatlarının yaxınlarına, məktəb və universitetlərə məlum olacağından narahatlıq keçirmələridir.
Şahin İsmayılov qeyd edib ki, problemin gizlədilməsi və dövlət orqanlarına vaxtında müraciət edilməməsi uşağın sağlamlığının itirilməsinə səbəb ola bilər. Narkoloji mərkəzə gec müraciət edildikdə müalicə də çətinləşir. Halbuki ilk həftələrdə müraciət olunarsa, sağalma prosesi daha sürətli gedə bilər.
O bildirib ki, yüksək səviyyəli narkoloji mərkəzlərdə narkomaniyanın müalicəsi 21 gün davam edə bilər. Lakin bu müddət tam sağalma demək deyil. Sonrakı reabilitasiya prosesi bir ay, beş ay, hətta illərlə davam edə bilər. Bəzi şəxslər 12 il sonra belə yenidən narkotik istifadəsinə qayıdırlar.
Şahin İsmayılov reabilitasiya mərkəzlərinin yaradılmasının və fəaliyyətinin düzgün təşkilinin bu problemin həlli istiqamətində vacib məsələlərdən biri olduğunu vurğulayıb.
Akqabay Mıradov
-
Rəsmi xronika10:22İlham Əliyev onlara müraciət ünvanladı
-
Nida Xəbər 10:06Vətən Müharibəsi Qəhrəmanına general-mayor rütbəsi verildi
-
Dünya09:30Daha bir ölkədə etirazçılarla polis toqquşdu: Prezidentin istefasını tələb edirlər
-
Region08:49Nüvə müharibəsi ilə bağlı təcili xəbərdarlıq - 24 saat ərzində…
-
Cənubi Qafqaz03:44İrəvanda gecə toplantısı: 12 siyasi qüvvə Paşinyana qarşı birləşdi
-
Qoroskop00:45Günün ulduz falı: dünyanızı alt-üst edəcək hadisə baş verə bilər...
-
Sosial4 Noyabr 23:35Bir sıra sosial ödənişlərin məbləği artırılır - Video
-
Hadisə4 Noyabr 21:39Azərbaycanda ov zamanı itkin düşən iş adamının meyiti aşkarlandı









.jpg)










.jpg)








