Sosial
Azercell lotereyanın ilk qaliblərinə 2 “Toyota Corolla Cross” və 14 “iPhone 17 Pro” hədiyyə etdi
Azercell-in 30 illik yubileyinə həsr olunan “30 il səninlə” lotereyasında ilk qaliblər müəyyənləşib. Oktyabrın 27-də və noyabrın 3-də fakturasız xətt abunəçiləri arasında keçirilən iki tirajda ümumilikdə 2 Toyota Corolla Cross avtomobili və 14 ədəd iPhone 17 Pro smartfonu artıq sahiblərinə təqdim olunub.
Hər tirajda 7 ədəd iPhone 17 Pro smartfonu və 1 ədəd Toyota Corolla Cross avtomobili oynanılıb. iPhone telefonlarının hər biri üzrə qalib həftənin müvafiq günündə toplanmış şanslar arasından, avtomobilin qalibi isə həftə ərzində toplanmış şanslar əsasında seçilib.
Tirajların nəticələrinə əsasən müəyyən edilmiş qaliblərin siyahısı Azercell-in rəsmi internet səhifəsində dərc olunub.
Xatırladaq ki, lotereyada iştirak ödənişsizdir. Fakturasız xətt abunəçiləri Azercell tətbiqinin “Lotereya” bölməsində qeydiyyatdan keçə və ya 3035 qısa nömrəsinə START yazıb SMS göndərə bilərlər. Qeydiyyatdan keçdikdən sonra abunəçilər balanslarını artırmaqla, eləcə də Azercell-in məhsul və xidmətlərindən yararlanmaqla lotereya şansları əldə edə bilərlər.
Şanslarını artırmaq istəyənlər üçün xüsusi şans paketləri də nəzərdə tutulub. Tətbiq, USSD və SMS vasitəsilə aktivləşdirilən bu paketlər həm şəbəkədaxili danışıq dəqiqələri, həm də lotereya şansları təqdim edir. Bundan əlavə, Azercell tətbiqindəki həftəlik tapşırıqları tamamlayan abunəçilər əlavə şanslar qazana, hətta şanslarını beşqat artıra bilərlər.
Lotereyanın hədiyyələri bununla bitmir. Qarşıdakı tirajlarda daha 8 Toyota Corolla Cross avtomobili və 56 iPhone 17 Pro smartfonu oynanılacaq. Lotereyanın final tirajında isə qaliblərdən birini “28 May” metro stansiyasının yaxınlığında yerləşən tam təmirli mənzil gözləyir.
Azercell-in 30 illik yubileyini böyük hədiyyələrlə qeyd edin – şanslarınızı toplayın, növbəti qalib siz olun!
-
Dünya13:04Ağ Evdən Trampın siyasi gələcəyi ilə bağlı diqqətçəkən açıqlama
-
Dünya12:58Zelenski 1,5 saatlıq danışığın təfərrüatını açıqladı: ABŞ-dan nə istəyir?
-
Rəsmi xronika10:22İlham Əliyev onlara müraciət ünvanladı
-
Nida Xəbər 10:06Vətən Müharibəsi Qəhrəmanına general-mayor rütbəsi verildi
-
Dünya09:30Daha bir ölkədə etirazçılarla polis toqquşdu: Prezidentin istefasını tələb edirlər
-
Region08:49Nüvə müharibəsi ilə bağlı təcili xəbərdarlıq - 24 saat ərzində…
-
Cənubi Qafqaz03:44İrəvanda gecə toplantısı: 12 siyasi qüvvə Paşinyana qarşı birləşdi
-
Qoroskop00:45Günün ulduz falı: dünyanızı alt-üst edəcək hadisə baş verə bilər...












.jpg)





.jpg)











