Sosial
“Azərişıq” ASC-də Özbəkistanın energetikləri üçün növbəti təlim kursu keçirilib - FOTO
“Azərişıq” ASC Özbəkistan Respublikasının Milli Elektrik Şəbəkəsi Səhmdar Cəmiyyətinin (NEGU) mühəndis-energetikləri üçün ixtisasartırma təlimlərinin keçirilməsinə davam edir.
Publika.az xəbər verir ki, səhmdar cəmiyyətin mütəxəssislərinin iştirakı ilə “35-110 kV-luq paylayıcı elektrik şəbəkələrin elektrik avadanlıqlarının qəza və normal iş rejimlərində istismarı, təmiri və əməliyyat çevirmələri” mövzusunda növbəti təlim kursu təşkil olunub.
Peşəkar təlim proqramı Dünya Bankının maliyyə dəstəyi ilə reallaşan “Elektrik Enerjisi Sektorunun Transformasiyası və Dayanıqlı Ötürmə” (ESTART) layihəsi çərçivəsində baş tutub. Təlimin keçirilməsində məqsəd Özbəkistanın enerji sektorunda çalışan mühəndis-texniki heyətin peşəkar potensialının gücləndirilməsi, müasir texnologiyaların tətbiqi üzrə bilik və bacarıqlarının artırılması, eləcə də Azərbaycan və Özbəkistan mühəndis-energetikləri arasında qarşılıqlı təcrübə mübadiləsinin genişləndirilməsinə şərait yaratmaqdır.
Energetiklər təlim müddətində nəzəri biliklərini artırmaqla yanaşı, həm də real elektrik avadanlıqları və müvafiq təlim qurğularından istifadə etməklə praktiki tapşırıqları yerinə yetiriblər. Beləliklə, onlar əldə etdikləri bilikləri bilavasitə istehsalat şəraitində tətbiq edərək peşə bacarıqlarını inkişaf etdiriblər.
Təlimlər başa çatdıqdan sonra iştirakçıların proqram üzrə hazırlıq səviyyəsi qiymətləndirilib. Sonda müdavimlərə “Azərişıq” ASC tərəfindən müvafiq sertifikatlar təqdim olunub.

.jpeg)
.jpeg)
.jpeg)

.jpeg)
.jpeg)


.jpeg)

.jpeg)



-
Sosial02:12Həmin tuneli yenə su basıbmış - VİDEO
-
Avropa01:41Krakovda Qətliam törədən şəxsin evində meyitlər aşkarlandı
-
Qoroskop00:30Günü ULDUZ FALI - Xəyallarınızla reallıq arasında körpü qura bilərsiniz
-
Nida Xəbər 00:20Hikmət Hacıyev Şuşadan paylaşım etdi - VİDEO
-
İdman7 Noyabr 23:00Ronaldonun Messiyə jestləri cavabsız qaldı - Sükut müzakirələrə səbəb oldu
-
Sosial7 Noyabr 21:24Polad Həşimovun anasının son durumu açıqlandı
-
Magazin27 Noyabr 20:48“Victoria's Secret”in mələyi okean kənarında bikinidə poza verdi - FOTO
-
Art7 Noyabr 20:24Niyaməddin Musayevdən maraqlı etiraf





























.jpg)

