Sosial
2027-ci ildə 444 min şəxsin aktiv məşğulluq tədbirlərinə cəlb olunması gözlənilir
İşsizlikdən Sığorta Fondunun 2027-ci il üzrə xərclərinin 319,2 milyon manathəcmində olması proqnozlaşdırılır.
Publika.az xəbər verir ki, bu barədə əmək və əhalinin sosial müdafiəsi naziri Anar Əliyev Milli Məclisdə Əmək və sosial siyasət və İqtisadi siyasət, sənaye və sahibkarlıq komitələrinin birgə iclasında deyib.
Nazir qeyd edib ki, bu göstərici cari ilin təsdiqlənmiş göstəricisindən 52,8 milyon manat və ya 19,8% çoxdur:
“2027-ci ildə işsizlikdən sığorta fondunun vəsaiti hesabına 444 min şəxsin aktiv məşğulluq tədbirlərinə cəlb olunması gözlənilir. O cümlədən, 173 min şəxsin işlə təmin olunması, 14,5 min şəxsin özünüməşğulluq proqramına, 18,5 min şəxsin peşə hazırlığına cəlb olunması, 230 min şəxsə isə peşəyönümü məsləhət xidmətləri göstərilməsi proqnozlaşdırılır.
Əlavə olaraq, 2027-ci il ərzində 15,6 min şəxsəişsizlikdən sığorta ödənişinin təyin edilməsi proqnozlaşdırılır.
2027-ci ildə məşğulluq tədbirlərinin maliyyələşdirilməsinə işsizlikdən sığorta fondunun xərclərinin 61%-nin və ya 194,2 milyon manatının yönəldilməsi proqnoz edilir, o cümlədən, işsizlikdən sığorta ödənişi üzrə 36 milyon manat vəsait nəzərdə tutulur”.
-
Dünya13:04Ağ Evdən Trampın siyasi gələcəyi ilə bağlı diqqətçəkən açıqlama
-
Dünya12:58Zelenski 1,5 saatlıq danışığın təfərrüatını açıqladı: ABŞ-dan nə istəyir?
-
Rəsmi xronika10:22İlham Əliyev onlara müraciət ünvanladı
-
Nida Xəbər 10:06Vətən Müharibəsi Qəhrəmanına general-mayor rütbəsi verildi
-
Dünya09:30Daha bir ölkədə etirazçılarla polis toqquşdu: Prezidentin istefasını tələb edirlər
-
Region08:49Nüvə müharibəsi ilə bağlı təcili xəbərdarlıq - 24 saat ərzində…
-
Cənubi Qafqaz03:44İrəvanda gecə toplantısı: 12 siyasi qüvvə Paşinyana qarşı birləşdi
-
Qoroskop00:45Günün ulduz falı: dünyanızı alt-üst edəcək hadisə baş verə bilər...












.jpg)





.jpg)











