Sosial
Əməkhaqqı ödənişləri elektronlaşdırılacaq
Əməkhaqqı ödənişləri elektronlaşdırılacaq.
Publika.az xəbər verir ki, bu, Əmək Məcəlləsinə təklif edilən dəyişiklikdə əksini tapıb.
Layihəyə əsasən əmək münasibətləri iştirakçıları tərəfindən qanunvericiliyin tələblərinə riayət olunmasının təmin olunması, işçilərin əməkhaqlarının vaxtında və qanunvericilikdə nəzərdə tutulmuş məbləğdə verilməsinə nəzarətin həyata keçirilməsi, qeyri-formal məşğulluğun qarşısının alınması məqsədilə işçilərə ödənilən əməkhaqqı və digər ödənişlərin elektron ödəniş sistemi vasitəsi ilə işçinin seçimi əsasında müəyyən olunan bank hesabına köçürülməsi nəzərdə tutulur.
Qeyd olunan normativ hüquqi aktın qəbul olunması nəticəsində, əmək haqqı kartına müvafiq köçürülmələr barədə məlumatların əmək qanunvericiliyinə dövlət nəzarətini həyata keçirən orqana təqdim edilməsi əmək münasibətlərində şəffaflığın artırılması və işçi hüquqlarının daha səmərəli müdafiəsi baxımından mühüm əhəmiyyət kəsb edir. Belə bir sistemin tətbiqi işəgötürənlərin əməkhaqqı ödənişlərini vaxtında və tam şəkildə həyata keçirmələrinə nəzarətin gücləndirilməsinə imkan verir. Nəticədə, əməkhaqqının ödənilməsində yaranan qanunsuzluqların, o cümlədən gecikmələrin, azaldılmaların və ya gizlədilmələrin aşkarlanması və aradan qaldırılması daha əlçatan olur. Bu isə əmək bazarında ədalətlilik və sosial ədalətin təmin olunmasına, işçilərin hüquqlarının qorunmasına, həmçinin sosial-iqtisadi sabitliyin möhkəmlənməsinə zəmin yaradır.
Nəzarət mexanizminin tətbiqi ilə əmək qanunvericiliyinə dövlət nəzarətini həyata keçirən orqan işçı və işəgötürən arasında əmək münasibətlərinin şəffaflığını təmin edə biləcək, əməkhaqlarının duzgün ödənilməsini təmin edən effektiv nəzarət sistemina sahib olacaq. Bu, həmçinin əmək münasibətlərində yaranan pozuntuların vaxtında müəyyən edilməsini və müvafiq tədbirlərin görülməsini asanlaşdıracaq. Beləliklə, əmək haqlarının ödənilməsinə dair müasir və effektiv nəzarət mexanizminin tətbiqi ölkədə əmək qanunvericiliyinin icrasının təkmilləşdirilməsinə, işçi hüquqlarının qorunmasına və əmək bazarının davamlı inkişafına mühüm töhfə verə bilər.
Nəticə etibarilə, əməyin ödənişi tam şəkildə elektronlaşacaq, işəgötürənlərin amak ödənişlərinın uçotu, hesablanması və ödənilməsi ilə bağlı iş yükü azalacaq, gələcəkdə İşəgötürənlərin vergi orqanlarına təqdim etdikləri əməyin ödənişi ilə bağlı gəlir vergisi sosial sığorta haqları, işsizlikdən sığorta haqları, icbari tibbi sığorta haqları üzrə bəyannamələrə ehtiyac yaranmayacaq, rüblük bəyannamələr, aylıq məlumatlarla avaz olunacaq, əməyin ödənişinin qanunvericilikdə nəzərdə tutulmuş qaydada həyata keçirilməsinə dövlət nəzarətinin gücləndirilməsi və elektron (proaktiv) nəzarət mexanizmi qurulacaq.
Eyni zamanda, qeyri-formal məşğulluğa qarşı mübarizə tədbirləri güclənəcək, sığorta pensiya sistemində ödənilən MDSS haqlarının fərdi şəxsi hesablara avtomatik daxil edilməsi təmin olunacaq, ezamiyyə, məzuniyyət, əmək qabiliyyətinin itirilməsi və s hallarda orta aylıq əmək haqqının avtomatik hesablanması təmin ediləcək və vətəndaşın özünün gəlir tarixçəsinə çıxış imkanı genişlənəcək.
-
İqtisadi gündəm14:01Azərbaycanda Aİ-92 benzini və dizellə bağlı yeni qayda TƏTBİQ OLUNUR
-
Nida Xəbər 13:44Türkiyə lideri Bakıya buna görə gəlir
-
Region13:40Ermənistan parlamenti Zəngəzur dəhlizi ilə bağlı fövqəladə iclas keçirəcək: Nə planlaşdırılır?
-
Dünya13:04Ağ Evdən Trampın siyasi gələcəyi ilə bağlı diqqətçəkən açıqlama
-
Dünya12:58Zelenski 1,5 saatlıq danışığın təfərrüatını açıqladı: ABŞ-dan nə istəyir?
-
Rəsmi xronika10:22İlham Əliyev onlara müraciət ünvanladı
-
Nida Xəbər 10:06Vətən Müharibəsi Qəhrəmanına general-mayor rütbəsi verildi
-
Dünya09:30Daha bir ölkədə etirazçılarla polis toqquşdu: Prezidentin istefasını tələb edirlər























.jpg)












