Sosial
Yaşa görə müavinətin artırılması təklif olunur
"Gələn il orta aylıq pensiyanın məbləğinin 45 manat artaraq 640 manat olacağı proqnozlaşdırılır. Amma regionlarda yaşayan insanların əksəriyyəti 640 manatlıq orta pensiya almır, o median pensiya alır. Ona görə bu artımın median pensiyaya nə qədər təsiri olacaq? İstərdim ki, bu məsələ araşdırılsın. Çünki bu bilavasitə regionda yaşayan pensiyaçılar üçün çox prinsipial xarakter daşıyır".
Publika.az xəbər verir ki, bunu Milli Məclisin Əmək və sosial siyasət komitəsinin bu gün keçirilən iclasında sosial büdcə zərfinin müzakirəsi zamanı deputat Əli Məsimli deyib.
O bildirib ki, son 5 ili analiz etsək, minimum pensiya 200 manatdan 320 manata çatıb, yəni, cəmi 120 manat artıb: "Amma minimum pensiya almaq üçün tələb olunan yığım isə 28 min 800 manatdan 46 min 080 manata çatıb. Qısa müddət ərzində 120 manatın fonunda 17 min manatdan artıq artım var. Biri inzibati artım həddidir, o biri isə iqtisadi artım həddidir. Bu isə xüsusən regionlarda yaşayan insanların minimum pensiya əlçatanlığını azaldır və regionlarda yaşlı nəslin hesabına xeyli dərəcədə yoxsul insanlar formalaşmağa başlayıb. Hesab edirəm ki, bu kifayət qədər ciddi məsələdir, bunun qarşısını almaq üçün ciddi analizlər aparıb orada indeksləşdirmədən və s. istifadə edib pensiyaçılar üçün əlçatanlığı artırmaq laızmdır. Son beş ilin nəticələrinə baxsaq, görərik ki, pensiyaçıların sayı 130 min nəfər azalıb. Amma qocalıq pensiyası alanların sayı isə 180 minə gəlib çatıb. Onlar 220 manat alır ki, bu da yaşayış minimumundan aşağıdır".
-
İqtisadi gündəm14:01Azərbaycanda Aİ-92 benzini və dizellə bağlı yeni qayda TƏTBİQ OLUNUR
-
Nida Xəbər 13:44Türkiyə lideri Bakıya buna görə gəlir
-
Region13:40Ermənistan parlamenti Zəngəzur dəhlizi ilə bağlı fövqəladə iclas keçirəcək: Nə planlaşdırılır?
-
Dünya13:04Ağ Evdən Trampın siyasi gələcəyi ilə bağlı diqqətçəkən açıqlama
-
Dünya12:58Zelenski 1,5 saatlıq danışığın təfərrüatını açıqladı: ABŞ-dan nə istəyir?
-
Rəsmi xronika10:22İlham Əliyev onlara müraciət ünvanladı
-
Nida Xəbər 10:06Vətən Müharibəsi Qəhrəmanına general-mayor rütbəsi verildi
-
Dünya09:30Daha bir ölkədə etirazçılarla polis toqquşdu: Prezidentin istefasını tələb edirlər
























.jpg)












