203 nömrəli marşrutun avtobusları yenilənir
Bizi izləyin

Sosial

203 nömrəli marşrutun avtobusları yenilənir

203 nömrəli marşrutun avtobusları yenilənir

Biləcəri qəsəbəsini metronun “Azadlıq prospekti" stansiyası ilə əlaqələndirən 203 nömrəli marşrutun avtobusları yenilənir.

Publika.az xəbər verir ki, bu barədə Azərbaycan Yerüstü Nəqliyyat Agentliyindən (AYNA) məlumat verilib.

Bildirilib ki,noyabrın 6-dan marşrut üzrə 5 ekoloji təmiz, CNG texnologiyası ilə təchiz edilən müasir və komfortlu avtobus daşımalara cəlb ediləcək.

Avtobuslar 10-12 dəqiqə hərəkət intervalı ilə sərnişinlərə xidmət göstərəcək.

Marşrutda ödəniş nağdsız qaydadadır. Gedişhaqqı 0,60 AZN müəyyən edilib.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm