Sosial
Nazir iki ölkənin nümayəndə heyətləri ilə görüşdü - FOTO
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyində Cibuti Respublikasının əmək, rəsmiləşdirmə və sosial müdafiə naziri Yonis Ali Qedinin və Qvineya-Bisau Respublikasının dövlət idarəçiliyi, əmək və sosial təminat naziri Asusenia Nesbi Emilia Seyde Donate de Barrosun başçılıq etdiyi nümayəndə heyətləri ilə görüşlər keçirilib.
Publika.az xəbər verir ki, nazir Anar Əliyev nümayəndə heyətlərinə son illər ölkəmizdə əmək, məşğulluq və sosial müdafiə sahələrində aparılan islahatların nailiyyətləri barədə məlumat verib.
DOST konsepsiyasının dövlət sosial xidmətlərini vahid platformadan, innovativ, şəffaf və operativ şəkildə, vətəndaş məmnunluğu əsasında təqdim edilməsinə imkan yaratdığı vurğulanıb.
Sosial sahədə rəqəmsal xidmətlərin qurulması, əmək münasibətlərinin elektronlaşdırılması, sosial ödənişlərin proaktiv təyinatı sahəsində ölkəmizin uğurlu iş təcrübəsindən bəhs olunub. Aktiv məşğulluq proqramları, o cümlədən mühüm sosial-iqtisadi əhəmiyyətə malik özünüməşğulluq proqramı barədə məlumat verilib.
İslam Əməkdaşlıq Təşkilatının (İƏT) Əmək Mərkəzinin İƏT-ə üzv ölkələr arasında əmək və sosial müdafiə üzrə əlaqələrin inkişafına mühüm töhfə verdiyi qeyd edilib.
Görüşlərdə əmək, məşğulluq və sosial müdafiə sahəsində gələcək əməkdaşlıq perspektivləri, təcrübə mübadilələrinin aparılması imkanları müzakirə olunub.
-
İdman19:00“Qorxu mühiti yaradıb, etiraz edən hər kəs cəzalandırılır” - İnfantinodan gileylənən kimdir?
-
Rəsmi xronika16:02Zəngilan Aqroparkı yaradıldı
-
Magazin115:40Şou-biznesdə subay qalan məşhur xanımlar - KİMLƏRDİR?
-
İqtisadi gündəm14:01Azərbaycanda Aİ-92 benzini və dizellə bağlı yeni qayda TƏTBİQ OLUNUR
-
Nida Xəbər 13:44Türkiyə lideri Bakıya buna görə gəlir
-
Region13:40Ermənistan parlamenti Zəngəzur dəhlizi ilə bağlı fövqəladə iclas keçirəcək: Nə planlaşdırılır?
-
Dünya13:04Ağ Evdən Trampın siyasi gələcəyi ilə bağlı diqqətçəkən açıqlama
-
Dünya12:58Zelenski 1,5 saatlıq danışığın təfərrüatını açıqladı: ABŞ-dan nə istəyir?























.jpg)















.jpg)