Sosial
Yasamalda “44” bədii filmini izlədilər - FOTO
8 Noyabr – Zəfər Günü münasibətilə Yasamal Rayon İcra Hakimiyyətinin təşəbbüsü ilə rayon ictimaiyyətinin nümayəndələri üçün “44” bədii filminin nümayişi keçirilib.
Publika.az xəbər verir ki, tədbirdə Yasamal Rayon İcra Hakimiyyətinin başçısı Elşad Həsənov, millət vəkilləri, hüquq-mühafizə orqanlarının rəhbərləri,YAP Yasamal rayon təşkilatının rəhbərliyi, Vətən müharibəsi şəhidlərinin ailə üzvləri, qazilər və rayon ictimaiyyətinin nümayəndələri iştirak ediblər.Tədbirin əvvəlində Ulu Öndər Heydər Əliyev və şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edildi.
Filmin nümayişi iştirakçılar tərəfindən maraqla qarşılandı. Şəhid ailələrinin üzvləri və qazilər 44 günlük Vətən Müharibəsində parlaq tarixi zəfərə görə Ali Baş Komandan cənab İlham Əliyevə böyük minnətdarlığını ifadə etdilər.Tədbir iştirakçıları filmin yaradıcı heyətinə xüsusi təşəkkürlərini də bildirdilər. Tədbir Zəfər tariximizin unudulmaması, gənc nəslin vətənpərvərlik ruhunda tərbiyəsi, şəhidlərimizin əziz xatirəsinin yaşadılması və qəhrəmanlıq salnaməmizin təbliği baxımından xüsusi əhəmiyyət daşıyır.
-
Rəsmi xronika12:50Cəbrayılın Soltanlı kəndinin birinci mərhələsinin açılışı oldu - FOTO
-
Region11:42Kremldə müzakirə edilib: Rusiya İrana qaz kəməri çəkir
-
Dünya10:24Türkiyəyə qarşı cəbhə: İsrail, Yunanıstan və Cənubi Kiprin Afina görüşünün detalları
-
MDB10:06Ermənistan gələn həftə bu hüququnu itirə bilər - Moskvadan xəbərdarlıq
-
İdman09:40Ronaldonun bacısından təsirli paylaşım: Taleyini dəyişdin, Portuqaliyanı da...
-
Ekologiya07:30Leysan, dolu, qar - Bu günün havası
-
Magazin107:17İradə İbrahimova: “Qadın evlidir, amma başqasını sevir”
-
Avropa05:15Ukrayna ilə bağlı qorxulu proqnoz






.jpg)

.jpg)


















.jpg)







.jpg)
