Sosial
İcbari tibbi sığortanın xərcləri 358 milyon manat artırılır
İcbari tibbi sığorta fondunun gələn ilki xərclərinin bu illə müqayisədə 358,7 milyon manat çox olacağı gözlənilir. İcbari tibbi sığorta fondunun 2027-ci il üçün gəlirləri 2 milyard 257 milyon manat nəzərdə tutulur. Bu, 2026-cı il üzrə təsdiq edilmiş gəlirlərdən 281,2 milyon manat və ya 14,2 faiz çoxdur.
Publika.az xəbər verir ki, bunu əmək və əhalinin sosial müdafiəsi naziri Anar Əliyev Milli Məclisin Təbii ehtiyatlar, energetika və ekologiya, Əmək və sosial siyasət, Səhiyyə, Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitələrinin birgə iclasında “Azərbaycan Respublikasının 2027-ci il dövlət büdcəsi haqqında” qanun layihəsinin birinci oxunuşda müzakirəsi zamanı bildirib.
Nazir qeyd edib ki, gələn il İcbari tibbi sığorta fondunun ümumi xərclərinin 2 milyard 980 milyon manat olacağı proqnozlaşdırılır. Bu da cari ilin təsdiq edilmiş göstəricisindən 358,7 milyon manat və ya 13,7 faiz çoxdur.
Anar Əliyev bildirib ki, fondun növbəti il üzrə xərclərinin 2 milyard 565 milyon manatı və ya 86,1 faizi tibb müəssisələrinə icbari tibbi sığorta ödənişləri və əməkhaqqı xərcləri üçün nəzərdə tutulub.
Onun sözlərinə görə, gələn il fondun xərclərindən səhiyyə sahəsində dövlət proqramları və tədbirlərin maliyyələşdirilməsinə 185 milyon manat, tibbi xidmətlərin inkişafı və təkmilləşdirilməsinə, həmçinin rəqəmsal infrastrukturun qurulmasına 105 milyon manat ayrılması planlaşdırılır.
Bundan başqa, aptek təşkilatlarına ambulator şəraitdə istifadə olunan dərman vasitələrinə görə sığorta ödənişləri və əlilliyi olan şəxslərin dərman preparatları ilə təminatı üçün 59 milyon manat vəsait nəzərdə tutulub.
-
Rəsmi xronika12:50Cəbrayılın Soltanlı kəndinin birinci mərhələsinin açılışı oldu - FOTO
-
Region11:42Kremldə müzakirə edilib: Rusiya İrana qaz kəməri çəkir
-
Dünya10:24Türkiyəyə qarşı cəbhə: İsrail, Yunanıstan və Cənubi Kiprin Afina görüşünün detalları
-
MDB10:06Ermənistan gələn həftə bu hüququnu itirə bilər - Moskvadan xəbərdarlıq
-
İdman09:40Ronaldonun bacısından təsirli paylaşım: Taleyini dəyişdin, Portuqaliyanı da...
-
Ekologiya07:30Leysan, dolu, qar - Bu günün havası
-
Magazin107:17İradə İbrahimova: “Qadın evlidir, amma başqasını sevir”
-
Avropa05:15Ukrayna ilə bağlı qorxulu proqnoz






.jpg)







.webp)














.jpg)







.jpg)

