Sosial
Zakir Fərəcov vətəndaşlarla növbəti səyyar qəbul keçirib
Sumqayıt Şəhər İcra Hakimiyyətinin başçısı Zakir Fərəcovun vətəndaşlarla növbəti səyyar qəbulu şəhərin 22-ci məhəlləsində keçirilib.
Publika.az xəbər verir ki, Şəhər İcra Hakimiyyətinin məsul əməkdaşlarının və aidiyyəti xidmət təşkilatlarının rəhbərlərinin iştirak etdiyi görüşdə sakinlər müraciət və təkliflərini birbaşa səsləndirmək imkanı əldə ediblər.
Qəbulda msakinlərin sosial-məişət qayğıları və onları maraqlandıran digər məsələlər müzakirə olunub. Vətəndaşların qaldırdıqları məsələlərlə bağlı aidiyyəti qurumların nümayəndələrinin izahatları dinlənilib.
Zakir Fərəcov müraciətlərdə əksini tapan problemlərin həlli üçün görüləcək işlərlə bağlı müvafiq tapşırıqlar verib. Əlavə araşdırılması tələb olunan məsələlərin nəzarətdə saxlanılması, nəticələri barədə sakinlərin məlumatlandırılması aidiyyəti şəxslərə həvalə olunub.
Görüşdə qeyd edilib ki, vətəndaşlarla yerlərdə keçirilən qəbullar mövcud ehtiyacların daha dəqiq müəyyənləşdirilməsinə və xidmət təşkilatları ilə sakinlər arasında əlaqələrin gücləndirilməsinə imkan yaradır. Qurum rəhbərlərinin müraciətlərə diqqətlə yanaşmasının və həlli mümkün olan məsələlər üzrə vaxtında tədbir görməsinin vacibliyi diqqətə çatdırılıb.
Şəhərin inkişafı istiqamətində görülən işlərdən danışan Zakir Fərəcov Prezident İlham Əliyevin həyata keçirdiyi siyasətin əsas prioritetlərindən birinin vətəndaşların rifahının yüksəldilməsi olduğunu bildirib. Sumqayıtda aparılan abadlıq işlərinin, infrastruktur layihələrinin və kommunal xidmətlərin yaxşılaşdırılması üzrə tədbirlərin də sakinlər üçün daha rahat yaşayış mühitinin yaradılmasına xidmət etdiyi vurğulanıb.
Sakinlər onlarla birbaşa ünsiyyətə, müraciətlərinə göstərilən diqqətə və yaşayış şəraitinin yaxşılaşdırılması istiqamətində görülən işlərə görə təşəkkürlərini ifadə ediblər.
-
Rəsmi xronika16:06Cəbrayılın Soltanlı kəndinin birinci mərhələsinin açılışı oldu - FOTO / YENİLƏNDİ
-
Region11:42Kremldə müzakirə edilib: Rusiya İrana qaz kəməri çəkir
-
Dünya10:24Türkiyəyə qarşı cəbhə: İsrail, Yunanıstan və Cənubi Kiprin Afina görüşünün detalları
-
MDB10:06Ermənistan gələn həftə bu hüququnu itirə bilər - Moskvadan xəbərdarlıq
-
İdman09:40Ronaldonun bacısından təsirli paylaşım: Taleyini dəyişdin, Portuqaliyanı da...
-
Ekologiya07:30Leysan, dolu, qar - Bu günün havası
-
Magazin107:17İradə İbrahimova: “Qadın evlidir, amma başqasını sevir”
-
Avropa05:15Ukrayna ilə bağlı qorxulu proqnoz






.jpg)

.jpg)

.jpg)

















.jpg)







.jpg)
