Sosial
Dövlət Komitəsində Zəfər Günü münasibətilə tədbir keçirildi - Foto
Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsində 8 Noyabr – Zəfər Gününə həsr edilmiş yığıncaq keçirilib.
Publika.az xəbər verir ki, tədbirdə komitənin rəhbər şəxsləri və əməkdaşları, komitə yanında İctimai Şuranın üzvləri, Qarabağ müharibəsi veteranları, şəhid ailəsi üzvləri iştirak ediblər.
Müstəqil dövlətimizin qurucusu Ulu Öndər Heydər Əliyevin və torpaqlarımızın azadlığı uğrunda şəhid olanların xatirələri bir dəqiqəlik sükutla yad edilib, Dövlət Himni səsləndirilib.
Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusunun 44 günlük Vətən müharibəsində qazandığı möhtəşəm Qələbənin xalqımızın qəhrəmanlıq tarixində xüsusi yer tutduğunu vurğulayan Dövlət Komitə sədri Rövşən Rzayev Qələbəyə şəxsi töhfə vermiş hər bir müharibə iştirakçısının və veteranın yüksək hörmət və ehtirama layiq olduğunu qeyd edib. Məcburi köçkün ailələrdən olan gənclərin öz ata-baba torpaqlarının işğaldan azad edilməsində fədakarlıq göstərdikləri qürur hissi ilə vurğulanıb.
Məcburi köçkünlərin doğma qayıdışa bağladıqları ümidlərin artıq doğrulduğu, eyni zamanda, Prezident İlham Əliyevin onlara daim diqqət və qayğı göstərdiyi, Birinci vitse-prezident Mehriban xanım Əliyevanın bu kateqoriyadan olan həmvətənlərimizin yaşayış, sağlamlıq, təhsil, mədəni inkişaf məsələlərinin həllinə xüsusi dəstək verdiyi minnətdarlıqla xatırladılıb.
Böyük Zəfərin davamı kimi Böyük Qayıdışın işğaldan azad edilmiş torpaqları yenidən canlandırdığı, həmin ərazilərdə dövlətimizin başçısının tapşırıqları əsasında aparılan bərpa-quruculuq işlərinin geniş miqyasda və uğurla davam etdirildiyi diqqətə çatdırılıb. Böyük Qayıdışa dair I Dövlət Proqramında nəzərdə tutulan tədbirlərin icrası çərçivəsində yenidən salınan və bərpa edilən yaşayış məntəqələrinə keçmiş məcburi köçkünlərin mərhələli şəkildə köçürüldüyü, hazırda Qarabağda və Şərqi Zəngəzurda daimi məskunlaşanların, işləyənlərin və təhsil alanların sayının yüz min nəfərə çatdığı vurğulanıb. Dövlət Komitəsində çalışan müharibə veteranlarının da qayıdış prosesinə töhfə verdikləri qeyd olunub.
Tədbirdə I Qarabağ müharibəsinin veteranları Babək Aslanov, Rey Kərimoğlu, Fuad Salahov, Ədalət Məmmədov, Səbuhi Hüseynov, həmçinin Vətən müharibəsi iştirakçıları Amil Əbilov, Nicat Cəlilov, şəhid ailəsinin üzvü Fəridə Cabbarova çıxış edərək, Qələbəni təmin edən mühüm amillərdən bəhs edib, dövlətimizin başçısının, Müzəffər Ali Baş Komandanın qətiyyəti və misilsiz diplomatik fəaliyyəti, ordumuzun peşəkarlığı sayəsində qazanılan Şanlı Zəfərin xalqımızın tarixinə qızıl hərflərlə yazıldığını deyiblər.
Dövlət Komitəsi sədrinin müavini Fuad Hüseynov, şöbə müdirləri Nizami Hüseynov, Sənan Hüseynov, “Vətən səsi” qəzetinin baş redaktoru Elşən Əliyev və başqaları tədbirdəki çıxışlarında Böyük Zəfərin əhəmiyyətindən, ölkəmizdə qələbə və quruculuq ruhunun yüksək səviyyədə olmasından, Böyük Qayıdışla Qarabağda və Şərqi Zəngəzurda həyatın yenidən canlanmasından danışıblar, Zəfər Günü münasibətilə təbriklərini çatdırıblar.
Tədbirdə işğaldan azad edilmiş ərazilərdə həyata keçirilən tikinti layihələri, bərpa-quruculuq işlərini, regionun inkişaf perspektivlərini, Böyük Qayıdış mənzərələrini əks etdirən videoçarxlar nümayiş olunub.
-
Rəsmi xronika16:06Cəbrayılın Soltanlı kəndinin birinci mərhələsinin açılışı oldu - FOTO / YENİLƏNDİ
-
Region11:42Kremldə müzakirə edilib: Rusiya İrana qaz kəməri çəkir
-
Dünya10:24Türkiyəyə qarşı cəbhə: İsrail, Yunanıstan və Cənubi Kiprin Afina görüşünün detalları
-
MDB10:06Ermənistan gələn həftə bu hüququnu itirə bilər - Moskvadan xəbərdarlıq
-
İdman09:40Ronaldonun bacısından təsirli paylaşım: Taleyini dəyişdin, Portuqaliyanı da...
-
Ekologiya07:30Leysan, dolu, qar - Bu günün havası
-
Magazin107:17İradə İbrahimova: “Qadın evlidir, amma başqasını sevir”
-
Avropa05:15Ukrayna ilə bağlı qorxulu proqnoz







.jpg)

.jpg)

.jpg)

























.jpg)
