Qələbəyə həsr olunmuş “Zəfər arzuları” adlı sosial aksiya keçirildi - Foto
Bizi izləyin

Sosial

Qələbəyə həsr olunmuş “Zəfər arzuları” adlı sosial aksiya keçirildi - Foto

Qələbəyə həsr olunmuş “Zəfər arzuları” adlı sosial aksiya keçirildi - Foto

Müzəffər Ali Baş Komandan, Prezident İlham Əliyevin rəhbərliyi ilə rəşadətli Azərbaycan Ordusunun əldə etdiyi möhtəşəm Zəfər hər birimiz üçün qürur mənbəyi və müstəqil dövlətçiliyimizin şanlı səhifəsidir.

Publika.az xəbər verir ki, Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin təşkilatçılığı və "Bakı Metropoliteni" QSC-nin dəstəyi ilə “28 May” metrostansiyasında Qələbəmizə həsr olunmuş “Zəfər arzuları” layihəsi həyata keçirilib.

Tədbir zamanı sərnişinlərə və iştirakçılara kiçik kağız vərəqlərində Qələbə ilə bağlı ən səmimi ürək sözlərini və arzularını qələmə almaq, daha sonra isə onları mərkəzi hissədə quraşdırılmış lövhənin üzərinə yapışdırmaq imkanı yaradılıb.

Aksiyanın əsas məqsədi xalqımızın dəmir yumruq ətrafında formalaşan həmrəyliyini bir daha nümayiş etdirməkdir. Eyni zamanda, Vətən müharibəsində tarixi qələbə qazandıran Ali Baş Komandana, qəhrəman əsgər və zabitlərimizə, eləcə də qazilərimizə sonsuz minnətdarlığı ifadə etmək, şəhidlərimizin əziz xatirəsini ehtiramla yad etmək hədəflənib.

Geniş maraq doğuran bu tədbirdə ziyalılar, şəhid ailələri, qazilər, ictimai fəallar, eləcə də paytaxtımızın sakinləri və xarici qonaqlar yaxından iştirak ediblər.

Xatırladaq ki, bundan əvvəl aksiya metronun “İçərişəhər” stansiyasında keçirilib.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm