Sosial
"Tut Əlimdən" Uşaq Reabilitasiya Mərkəzində bayram şənliyi keçirildi - Foto
“Tut Əlimdən” Uşaq Reabilitasiya Mərkəzində Tarixi Zəfərin ildönümü münasibətilə bayram şənliyi keçirilib.
Publika.az xəbər verir ki, mərasimdə Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva, Bakı Media Mərkəzinin rəhbəri Arzu Əliyeva, Çinin Azərbaycandakı səfiri Lu Mey, Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Bahar Muradova və digər qonaqlar iştirak ediblər.
Şənliyin ən yaddaqalan məqamlarından biri uşaqların hazırladıqları rəngarəng bayram proqramı olub. Onların çıxışları, əl işlərindən ibarət yaradıcılıq nümunələri və səmimi təqdimatları qonaqlar tərəfindən böyük maraq və sevgi ilə qarşılanıb.
Çin tərəfindən mərkəzə hədiyyə olunan avadanlıqların təqdimatı isə mərasimin mühüm hissəsini təşkil edib. Yeni avadanlıqlar mərkəzin maddi-texniki imkanlarının genişləndirilməsinə, uşaqların gündəlik qayğısı üçün yaradılmış şəraitin daha da yaxşılaşdırılmasına töhfə verəcək.
Hər bir uşağın eşidildiyi, anlaşıldığı, sevildiyi və özünü təhlükəsiz hiss etdiyi mühitin yaradılması dövlətimizin uşaq siyasətinin və sağlam cəmiyyət quruculuğunun əsas istiqamətlərindəndir.
-
Nida Təhlil 17:02Şəhid atası: "Mənə deyirdi ki, ata, mən də o aslanlardan biri olacağam"
-
Region16:45Simonyan: "Biz niyə türklərlə savaşmalıyıq?"
-
Ekologiya16:28Sabah güclü külək əsəcək - Xəbərdarlıq
-
Qarabağ 16:17Müharibə veteranı: Bacımın nəvəsi tankda vurularaq şəhidlik zirvəsinə ucaldı
-
Hadisə15:46FHN-də Zəfər Gününə həsr olunmuş tədbir keçirildi - Video
-
Nəqliyyat14:27Xəzərdə təhlükəli hava şəraiti olacaq - Xəbərdarlıq
-
Ekologiya12:44Sabahın hava proqnozu açıqlandı
-
Ekologiya12:16Dağlıq ərazilərə qar yağır - FAKTİKİ HAVA






.jpg)
.jpg)
.jpg)
.jpg)
.jpg)
.jpg)
.jpg)
.jpg)
.jpg)
.jpg)
.jpg)
.jpg)
.jpg)
.jpg)
.jpg)
.jpg)
.jpg)
.jpg)
.jpg)
.jpg)
.jpg)
.jpg)



















.jpg)









.jpg)
