Sosial
“Araz” supermarketlər şəbəkəsi şəhid əməkdaşlarının ailələrini ziyarət etdi - FOTO
Veysəloğlu Şirkətlər Qrupuna (VŞQ) daxil olan “Araz” supermarketlər şəbəkəsi 8 Noyabr – Zəfər Günü münasibətilə şəhid əməkdaşlarının ailələrini ziyarət edib.
Publika.az xəbər verir ki, ziyarətlərdə “Araz” supermarketlər şəbəkəsinin İdarə Heyətinin üzvləri və digər rəhbər şəxslər iştirak ediblər. Onlar şəhid əməkdaşların Bakıda və müxtəlif rayonlarda yaşayan ailələrinə baş çəkib, valideynləri və yaxınları ilə görüşərək ailələrin vəziyyəti və rifahı ilə maraqlanıblar.
Şəhidlərin valideynləri və ailə üzvləri “Araz” supermarketlər şəbəkəsinin göstərdiyi diqqət və qayğını yüksək qiymətləndiriblər. Onlar şirkətin şəhid ailələrinə daim diqqət və mənəvi dəstək göstərdiyini vurğulayıblar.
Qeyd edək ki, “Araz” supermarketlər şəbəkəsinin 9 əməkdaşı Şuşa, Xocavənd, Füzuli, Cəbrayıl və Qubadlının işğaldan azad olunması uğrunda gedən döyüşlərdə qəhrəmanlıq nümayiş etdirərək şəhid olub. Onların arasında Vətən Müharibəsi Qəhrəmanı Vüqar Ağayev də var. Şəhid əməkdaşların hər biri göstərdikləri igidliyə görə orden və medallarla təltif olunublar.
-
Nida Xəbər 09:51Dövlət və hökumət rəsmiləri Zəfər Tağı abidəsini ziyarət etdilər
-
Nida Xəbər 09:36Nazir: Ərazi bütövlüyünün bərpası Azərbaycanın qüdrətini daha da artırdı
-
İKT09:27Azərbaycan mediası Vətən müharibəsində qələbə əzminin qorunmasına mühüm töhfələr verdi
-
Ekologiya07:17Zəfər Gününün hava proqnozu açıqlandı
-
İdman06:46PSJ-yə bir qol bəs etdi
-
Magazin106:16Məşhur model 31 yaşını bağ evində qeyd etdi - FOTO
-
Magazin104:44“Sevgilim 3 il məni aldatdı” - Pərvin Abıyeva
-
İdman04:30"Real" səfərdə "Valensiya"nı darmadağın etdi

































.jpg)

