Sosial
Hikmət Mirzəyev şəhid övladları ilə görüşdü - FOTOLAR
Müdafiə nazirinin müavini - Quru Qoşunların komandanı general-polkovnik Hikmət Mirzəyev 8 Noyabr - Zəfər Günü ərəfəsində şəhid övladları ilə görüş keçirib.
Bu barədə Publika.az-a Müdafiə Nazirliyindən məlumat verilib.
Görüş zamanı Vətənimizin ərazi bütövlüyü və suverenliyi uğrunda canından keçərək şəhidlik zirvəsinə ucalan hərbçilərimizin əziz xatirəsi ehtiramla yad edilib.
Şəhid övladlarının qayğı və problemləri dinlənilib, onların sosial vəziyyəti və gündəlik ehtiyacları ilə maraqlanılıb. Bildirilib ki, Vətən uğrunda misilsiz şücaətlər göstərərək şəhid olan döyüşçülərimizin xatirəsi daim uca tutulur, onların ailələri hər zaman diqqət və qayğı ilə əhatə olunurlar.
General-polkovnik H.Mirzəyev şəhid övladlarının fikirlərini dinləyib, onların arzu və istəklərinin dövlətimiz tərəfindən diqqət mərkəzində saxlanılacağını bildirib.
Görüşdə şəhid övladları onlara göstərilən diqqət və qayğıya görə Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyev və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya, həmçinin Müdafiə Nazirliyinin rəhbərliyinə minnətdarlıqlarını ifadə ediblər.
Qeyd olunub ki, şəhidlərimizin əziz xatirəsinin yaşadılması, onların ailələrinə dəstəyin göstərilməsi Azərbaycan Ordusunun əsas mənəvi dəyərlərindən biridir.
-
Ekologiya12:51Leysan yağacaq, şimşək çaxacaq - Sabahın hava proqnozu
-
Nida Xəbər 12:32Azərbaycan Prezidenti: Ermənistanın etirafına görə, onların ordusunda 12 minə yaxın fərari oldu
-
Nida Xəbər 12:26Prezident İlham Əliyev Xankəndidən Azərbaycan xalqına müraciət etdi - Video(Yeniləndi)
-
Nida Xəbər 12:23Prezident: Biz qurub-yaradan xalqıq!
-
Səhiyyə11:27Vətən müharibəsi iştirakçılarına 879 min 232 ambulator xidmət göstərilib
-
Müsahibə10:33Zəfərdən sonra Azərbaycanın qarşısında açılan yeni imkanlar: Qarabağın aqrar potensialı...
-
Region10:25Türkiyə XİN Azərbaycanı təbrik etdi
-
Nida Xəbər 09:51Dövlət və hökumət rəsmiləri Zəfər Tağı abidəsini ziyarət etdilər






































.jpg)

