Sosial
Bakıda Zəfər Günü münasibətilə keçirilən konsert atəşfəşanlıqla başa çatdı
8 Noyabr – Zəfər Günü münasibətilə Bakıda, Dənizkənarı Milli Parkda təntənəli bayram konserti keçirilib.
Publika.az xəbər verir ki, tədbir Heydər Əliyev Fondunun təşkilatçılığı ilə reallaşıb.
Azərbaycan Prezidenti, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə 44 günlük Vətən müharibəsində rəşadətli Ordumuzun qazandığı tarixi Zəfərin altıncı ildönümünə həsr olunan bayram konsertində Azərbaycanın tanınmış incəsənət ustaları, müğənnilər və rəqs kollektivləri çıxış ediblər.
Konsert proqramında Azərbaycanın qəhrəmanlıq salnaməsini, Vətən sevgisini, milli ruhu və xalqımızın sarsılmaz iradəsini tərənnüm edən musiqi nömrələri səsləndirilib. İfa olunan vətənpərvərlik mahnıları, rəngarəng səhnə kompozisiyaları və rəqs nömrələri tarixi Qələbənin yaratdığı qürur hissini bir daha yaşadıb.
Azərbaycan xalqının birliyini, həmrəyliyini və Zəfər əzmini nümayiş etdirən tədbirdə 30 illik torpaq həsrətinə son qoyan, ölkəmizin ərazi bütövlüyünü və tarixi ədaləti bərpa edən Qələbənin əhəmiyyəti musiqi və sənətin dili ilə ifadə olunub.
Bayram konserti möhtəşəm atəşfəşanlıqla yekunlaşıb.
-
Dünya21:5133 ölkədən vətəndaşlarına təcili çağırış - Nə baş verir?
-
Nida Xəbər 19:51İlham Əliyev Türkiyəyə səfər edəcək
-
Nida Xəbər 19:00“Bu gün qarşımızda duran vəzifə...” – Ərdoğandan Qarabağla bağlı mühüm mesaj
-
Nida Xəbər 17:38Prezidentlər Şuşa qalası önündə foto çəkdirdilər
-
Nida Xəbər 16:51Ərdoğan: "Ağdamda 40 sinif otağından ibarət məktəbin tikintisinə başlamışıq"
-
Nida Xəbər 16:49Ərdoğan: Azərbaycanla qardaşlığımızı zəiflətməyə çalışanlar məqsədlərinə nail ola bilməyəcəklər
-
Nida Xəbər 16:30Azərbaycan Prezidenti: Türkiyənin güclü iqtisadiyyatı, siyasi çəkisi bizi də gücləndirir!
-
Nida Xəbər 16:05İlham Əliyevdən Ərdoğana: Zəfər Günündə bizimlə bərabər olmağınız bütün Azərbaycan xalqını sevindirir



































.jpg)

