Sosial
Bu şəxslər bəzi sənədləri ala bilməyəcək - Nazirlikdən açıqlama
Vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyatı ilə bağlı təkrar şəhadətnamə və arayışların verilməsi zamanı bir sıra məhdudiyyətlər tətbiq olunur. Bəzi hallarda müraciət edən şəxslərə sənədin təkrar nüsxəsi deyil, yalnız müvafiq arayış təqdim edilir.
Publika.az xəbər verir ki, bu barədə Ədliyyə Nazirliyinin paylaşdığı məlumatda bildirilib.
Qeyd olunub ki, 16 yaşına çatmış şəxslərə şəxsiyyətlərini təsdiq edən sənədləri təqdim etdikləri halda təkrar şəhadətnamə və ya arayış verilə bilər.
Bununla yanaşı, valideynlik hüquqlarından məhrum edilmiş şəxslərə uşaqları ilə bağlı təkrar şəhadətnamə və arayışların verilməsi nəzərdə tutulmur.
Nikah pozulduğu halda isə qeydiyyat şəhadətnaməsinin təkrar nüsxəsi verilmir. Lakin gələcəkdə keçmiş ər və ya arvadın müraciəti əsasında ona müvafiq arayış təqdim edilə bilər.
Həmçinin, vəfat etmiş şəxslər barədə doğum haqqında şəhadətnamə deyil, müvafiq arayış verilir. Ölüm haqqında təkrar şəhadətnamə və arayış isə vəfat etmiş şəxsin yaxın qohumlarına təqdim olunur.
Qeyd edək ki, vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyatı ilə bağlı sənədlərin təkrar verilməsi qanunvericiliklə müəyyən edilmiş qaydada həyata keçirilir.
-
Ekopublika.az05:45“Nvidia” rəhbərinin 162 milyard dollarlıq sərvəti gündəmdə - Tarixin ən bahalı boşanması baş verəcək?
-
Qoroskop01:20Noyabr böyük dəyişikliklər ayı olacaq: Bu bürclər üçün yeni həyat başlayır
-
Dünya00:27Türkiyədə zavodda partlayış: ölənlərin sayı artdı - Yeniləndi
-
Avropa9 Noyabr 23:55700 supermarketə hücumun arxasında İran dayanır - Fransadan ittiham
-
Elm və təhsil9 Noyabr 23:05Abituriyentlər iki fəndən imtahan verəcək? - Ekspertdən AÇIQLAMA
-
Region9 Noyabr 21:00Ərdoğan zavoddakı partlayışın ağır nəticələrini açıqladı - 16 nəfər öldü
-
Nida Xəbər 9 Noyabr 15:03Özgür Özəl Zəfər Günü münasibətilə İlham Əliyevi təbrik etdi
-
Rəsmi xronika9 Noyabr 14:04Prezident Draqan Vladisavljeviçi “Dostluq” ordeni ilə təltif etdi


















.jpg)







.jpg)






.jpg)




