Maşın almaq istəyənlərə vacib xəbər: dəyişiklik olacaq - VİDEO
Bizi izləyin

Sosial

Maşın almaq istəyənlərə vacib xəbər: dəyişiklik olacaq - VİDEO

Maşın almaq istəyənlərə vacib xəbər: dəyişiklik olacaq - VİDEO

Rəsmi dilerlərin satdığı bəzi ikinci əl avtomobillərin qiymətləri enə bilər. Səbəb bu avtomobillərin satışında əlavə dəyər vergisinin hesablanması qaydasının dəyişdirilməsi təklifidir.

Publika.az xəbər verir ki, Milli Məclisdə müzakirə edilən yeni layihəyə əsasən, ƏDV-nin yalnız ticarət əlavəsindən hesablanması nəzərdə tutulur.

Məsələn diler avtomobili 20 min manata alıb, 22 min manata satır. Alışla satış arasındakı fərq 2 min manatdır. Təklif olunan mexanizmə görə, ƏDV hesablanarkən bütöv 22 min manatın əvəzinə həmin 2 min manatlıq fərq əsas götürüləcək. Beləliklə, dilerin vergi yükü azalacaq. Millət vəkili Vüqar Bayramov bildirib ki, layihəyə əsasən güzəşt rəsmi dilerlərin nağdsız qaydada əldə etdiyi, istehsal tarixindən beş ildən artıq keçməyən ikinci əl avtomobillərin satışını əhatə edəcək.

Layihədəki üç il təklif olunan vergi güzəştinin tətbiq müddətidir. Vüqar Bayramov hesab edir ki, güzəşt alıcılar üçün daha sərfəli təkliflərin yaranmasına imkan verəcək. (Xəzər Xəbər)

Oxumağa davam et
Reklam
Reklam

Gündəm