Sosial
Yerə zibil atanları 10 min manatadək cərimə gözləyir
Torpaqları tullantılarla zibilləndirən, çirkab sularla çirkləndirən və münbit qatını korlayan şəxslər minlərlə manat cərimələnə bilər.
Publika.az xəbər verir ki, Trend-in qüvvədə olan qanunvericilikdən əldə etdiyi məlumata görə, hüquqi şəxslər üçün cərimənin məbləği 10 min manata qədər yüksəlir.
Belə ki, torpaqların, o cümlədən meşə fondu torpaqlarının tullantılarla zibilləndirilməsinə, kimyəvi maddələr və çirkab suları ilə çirkləndirilməsinə, eləcə də bakterial-parazitik və zərərli karantin orqanizmləri ilə yoluxdurulmasına görə fiziki şəxslər 500 manatdan 800 manatadək, vəzifəli şəxslər 2 000 manatdan 2 500 manatadək, hüquqi şəxslər isə 7 500 manatdan 10 000 manatadək cərimə edilir.
Torpaqların və meşə fondu torpaqlarının münbit qatının korlanmasına görə də cərimələr nəzərdə tutulub. Bu pozuntuya görə fiziki şəxslər 600 manatdan 1 000 manatadək, vəzifəli şəxslər 2 000 manatdan 3 000 manatadək, hüquqi şəxslər isə 6 000 manatdan 8 000 manatadək cərimələnə bilər.
-
Sosial16:17Yerə zibil atanları 10 min manatadək cərimə gözləyir
-
Yaxın Şərq15:48ABŞ bu məsələdə İrana güzəştə getdi - 9 milyardlıq razılaşma
-
Sosial15:00Dekabrda neçə gün iş olmayacaq?
-
Nida Təhlil 13:57Ceyhun Bayramov Serbiya səfiri ilə görüşdü
-
Ekologiya13:08Sabah yağış yağacaq - PROQNOZ
-
Rəsmi xronika11:49İlham Əliyev Ərdoğana başsağlığı verdi
-
Elm və təhsil11:42Məktəblərdə 7 gün DƏRS OLMAYACAQ
-
Sosial10:35Nisyə mal satanların nəzərinə: Bu gündən...






















.jpg)








.jpg)



