Sosial
FHN-in “N” saylı hərbi hissəsində andiçmə mərasimi keçirildi
Fövqəladə Hallar Nazirliyi Mülki müdafiə qoşunlarının “N” saylı hərbi hissəsində 2026-cı ilin oktyabr çağırışçılarının andiçmə mərasimi keçirilib.
Bu barədə Publika.az-a qurumun Mətbuat xidmətindən bildirilib.
Əvvəlcə, Ulu Öndər Heydər Əliyevin və Vətən uğrunda canlarından keçən şəhidlərimizin əziz xatirələri bir dəqiqəlik sükutla yad edilib.
Azərbaycan Respublikasının Dövlət Himni səsləndirildikdən sonra andiçmə mərasimində çıxış edənlər Mülki müdafiə qoşunları heyəti sıralarına daxil olan gənc əsgərləri andiçmə mərasimi münasibətilə təbrik ediblər.
Qeyd olunub ki, andiçmə mərasimi əlamətdar bir vaxta – ölkəmizdə Zəfər Günü və Dövlət Bayrağı Gününün təntənə ilə qeyd olunduğu dövrə təsadüf edir. Tədbirdə çıxış edənlər 44 günlük Vətən müharibəsində qazanılmış tarixi Zəfərin Azərbaycan xalqının milli birliyinin, iradəsinin və qəhrəmanlığının təntənəsi olduğunu, bu Qələbənin ərazi bütövlüyümüzün bərpası ilə tariximizə əbədi həkk edildiyini vurğulayıblar. Bildirilib ki, Ümummilli Liderin mütərəqqi siyasətinin layiqli davamçısı Azərbaycan Respublikasının Prezidenti, Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin müdrik rəhbərliyi ilə şanlı Ordumuz 30 ilə yaxın müddətdə işğal altında saxlanılan doğma torpaqlarımızı cəmi 44 günə işğaldan azad etdi, 24 saatdan az davam edən lokal xarakterli antiterror tədbirləri nəticəsində suverenliyimiz tam bərpa olundu.
Həmçinin, qeyd olunub ki, üçrəngli Dövlət Bayrağımız xalqımızın milli kimliyini, dövlət müstəqilliyini və suverenliyini təcəssüm etdirən müqəddəs rəmz olmaqla, hər bir Azərbaycan vətəndaşı üçün qürur və Vətənə sədaqət mənbəyidir.
Çıxış edən gənc əsgər Camalov Turğay Pəhlivan oğlu hərbçi yoldaşları adından əsgəri borcu şərəflə yerinə yetirəcəklərini, baş verə biləcək fövqəladə hallar zamanı zərərçəkmişlərin xilas edilməsi üçün əllərindən gələni əsirgəməyəcəklərini, verilən tapşırıqları vaxtında və dəqiq yerinə yetirəcəklərini, Vətənə və dövlətə sədaqətlə xidmət edəcəklərini vurğulayıb.
Valideyn Nigar Mənsimli çıxışında gənc əsgərlərin hərbi and içməsinin sonsuz qürur mənbəyi olduğunu diqqətə çatdıraraq, onların Vətənə layiqli xidmət göstərməsində, hərbi hazırlığında zəhməti olan hər kəsə minnətdarlığını bildirib.
Gənc əsgərlər ölkəmizin suverenliyini, ərazi bütövlüyünü, müstəqilliyini qanları və canları bahasına qoruyacaqlarına, Vətənimizə, xalqımıza layiqli əsgər olacaqlarına and içiblər.
Andiçmə mərasimi şəxsi heyətin təntənəli marşla tribuna önündən keçməsi ilə başa çatıb.
-
Region10:58Rus turistlərin üz tutduğu ölkələr: Ermənistana səfərlər kəskin artıb
-
Nida Xəbər 10:19XİN Polşa və Anqolanı təbrik etdi
-
Dünya10:03Tehranda Netanyahunun oxşarı tapıldı: Ara qarışdı - FOTO
-
Magazin208:36Məşhur aktyor ürək çatışmazlığından vəfat etdi - FOTO
-
Ekologiya07:17Bu gün yağış yağacaq - PROQNOZ
-
İdman06:46Fransa millisinin yarımmüdafiəçisi zədələndi
-
Magazin206:16Halit, Kılıç, Ersoy Ulubey bir arada - “Kurtlar Vadisi” geri döner
-
Avropa04:14Paşinyan Parisdən Antalyaya gedəcək






.jpg)
.jpg)
.jpg)

.jpg)
.jpg)





.jpg)




.png)

















