Sosial
TikTok-da canlı yayım açan sürücülərə müraciət edildi
Daxili İşlər Nazirliyi Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzi avtomobil idarə edərkən TikTok-da canlı yayım açan sürücülərə müraciət edib.
Bu barədə Publika.az-a Daxili İşlər Nazirliyi Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzindən məlumat verilib.
Son dövrlər avtomobil idarə etdiyi zaman mobil telefondan istifadə edən, TikTok sosial şəbəkəsinə daxil olaraq canlı yayımlar açan sürücülərə rast gəlinir. Paytaxt yollarında baş verən yol-nəqliyyat hadisələrinin əsas səbəblərindən birinin sürücü diqqətsizliyi olduğunu nəzərə alsaq, sükan arxasında bu cür davranışların göstərilməsi təhlükəlidir.
Hərəkət zamanı mütəmadi olaraq sürücünün diqqətinin yola yox, mobil telefona, sosial şəbəkələrə və canlı yayıma yönəlməsi qəza riskini artırır. Elə müşahidə kameralarının qeydə aldığı bir neçə yol-nəqliyyat hadisəsinin təhlili də onu deməyə əsas verir ki, bəzi qəzalar məhz sürücünün diqqətinin yayınması nəticəsində baş verib.
Belə sürücülər bilməlidirlər ki, onların sosial şəbəkələrdə izləyici toplamaq, bəyənmə qazanmaq və ya populyarlıq əldə etmək istəyi digər hərəkət iştirakçılarının həyatına son qoya və ağır xəsarət almasına səbəb ola bilər.
Qeyd edilənləri nəzərə alaraq, Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzi hər bir sürücünü yollarda məsuliyyətli və diqqətli olmağa çağırır.
-
Region11:16Ermənistanda həbsdə olan müxalifətçinin halı pisləşdi, həkimləri buraxmadılar - Öldü
-
Region10:58Rus turistlərin üz tutduğu ölkələr: Ermənistana səfərlər kəskin artıb
-
Nida Xəbər 10:19XİN Polşa və Anqolanı təbrik etdi
-
Dünya10:03Tehranda Netanyahunun oxşarı tapıldı: Ara qarışdı - FOTO
-
Magazin208:36Məşhur aktyor ürək çatışmazlığından vəfat etdi - FOTO
-
Ekologiya07:17Bu gün yağış yağacaq - PROQNOZ
-
İdman06:46Fransa millisinin yarımmüdafiəçisi zədələndi
-
Magazin206:16Halit, Kılıç, Ersoy Ulubey bir arada - “Kurtlar Vadisi” geri döner







.jpg)
.jpg)
.jpg)







.png)

















