Sosial
Azərbaycanda bu şəxslərə pulsuz torpaq verilir - Kimlər yararlana bilər?
Azərbaycanda torpaq sahibi olmaq istəyən, lakin bunun üçün kifayət qədər maddi imkanı olmayan vətəndaşlar arasında bələdiyyə torpaqlarının pulsuz verilməsi məsələsi maraq doğurur. Qanunvericilik müəyyən kateqoriyadan olan şəxslərə fərdi yaşayış evi tikintisi üçün torpaq sahəsini əvəzsiz əldə etmək hüququ tanıyır.
Bəs bələdiyyə torpaqları kimlərə pulsuz verilir və bu hüquqdan yararlanmaq üçün hansı şərtlər tələb olunur?
Publika.az xəbər verir ki, mövzu ilə bağlı Konkret.az-a açıqlamasında hüquqşünas Tağı Hüseynov bələdiyyə torpaq sahələri fərdi yaşayış evinin tikintisi məqsədilə müəyyən kateqoriyadan olan şəxslərin mülkiyyətinə bir dəfə əvəzsiz olaraq verildiyini bildirib.
Onun sözlərinə görə, bu hüquq Azərbaycanın ərazi bütövlüyü uğrunda aparılan döyüşlərdə iştirakla əlaqədar əlilliyi müəyyən edilmiş şəxslərə, həmin döyüşlərdə həlak olanların ailələrinə, eləcə də ehtiyata və ya istefaya buraxılmış hərbi qulluqçulara şamil edilir.
Hüquqşünas qeyd edib ki, sözügedən şəxslər qanunvericilikdə nəzərdə tutulan şərtlərə uyğun olaraq fərdi yaşayış evinin tikintisi üçün torpaq sahəsini yalnız bir dəfə pulsuz əldə edə bilərlər. Torpaq sahəsinin ayrılması isə müvafiq qanuni prosedurlar əsasında həyata keçirilir.
-
Region12:22Nəsimi Musayev Ermənistanda Robert Köçəryanla qonşu kamerada saxlanılır
-
Region11:16Ermənistanda həbsdə olan müxalifətçinin halı pisləşdi, həkimləri buraxmadılar - Öldü
-
Region10:58Rus turistlərin üz tutduğu ölkələr: Ermənistana səfərlər kəskin artıb
-
Nida Xəbər 10:19XİN Polşa və Anqolanı təbrik etdi
-
Dünya10:03Tehranda Netanyahunun oxşarı tapıldı: Ara qarışdı - FOTO
-
Magazin208:36Məşhur aktyor ürək çatışmazlığından vəfat etdi - FOTO
-
Ekologiya07:17Bu gün yağış yağacaq - PROQNOZ
-
İdman06:46Fransa millisinin yarımmüdafiəçisi zədələndi










.jpg)
.jpg)







.png)

















