Sosial
Üç yaşınadək uşağa görə verilən müavinətlə bağlı yenilik
"Üç yaşınadək uşağa qulluğa görə müavinət almaq üçün ən azı 6 ay sosial sığorta stajının tələb olunması təklif edilir. Əlaqəli qanunlarda sosial məzuniyyət və müavinətlə bağlı müddəalar da bu yanaşmaya uyğunlaşdırılır. Burada staj tələbi müavinət almaq hüququna aiddir və uşağa qulluğa görə sosial məzuniyyət hüququ saxlanılır".
Publika.az xəbər verir ki, bunu Milli Məclisin Əmək və sosial siyasət komitəsinin bu gün keçirilən iclasında Əmək Məcəlləsinə təklif olunan dəyişikliyin müzakirəsi zamanı əmək və əhalinin sosial müdafiəsi nazirinin müavini Zaur Əliyev deyib.
Nazir müavini bildirib ki, mövcud hüquqi tənzimləmədə isə minimum sosial sığorta stajı tələbinin olmaması sistemdən sui-istifadə risklərini artırır və müavinətin məbləğinin artırılması istiqamətində daha geniş tədbirlərin həyata keçirilməsini çətinləşdirir:
"6 aylıq sosial sığorta stajı tələbinin müəyyən edilməsi sosial sığorta ödənişlərində vahid yanaşmanın təmin edilməsi, yalnız müavinət əldə etmək məqsədilə formal əmək münasibətlərinin yaradılması riskinin azaldılması və sistemin maliyyə dayanıqlığının gücləndirilməsi baxımından mühüm əhəmiyyət daşıyır və eyni zamanda gələcəkdə müavinətin məbləğinin artırılması üçün də daha sağlam əsas formalaşdırır".
-
Region12:22Nəsimi Musayev Ermənistanda Robert Köçəryanla qonşu kamerada saxlanılır
-
Region11:16Ermənistanda həbsdə olan müxalifətçinin halı pisləşdi, həkimləri buraxmadılar - Öldü
-
Region10:58Rus turistlərin üz tutduğu ölkələr: Ermənistana səfərlər kəskin artıb
-
Nida Xəbər 10:19XİN Polşa və Anqolanı təbrik etdi
-
Dünya10:03Tehranda Netanyahunun oxşarı tapıldı: Ara qarışdı - FOTO
-
Magazin208:36Məşhur aktyor ürək çatışmazlığından vəfat etdi - FOTO
-
Ekologiya07:17Bu gün yağış yağacaq - PROQNOZ
-
İdman06:46Fransa millisinin yarımmüdafiəçisi zədələndi










.jpg)
.jpg)







.png)

















