Ordu hazır vəziyyətə gətirildi, Qarabağda gizli MÜHARİBƏ TAPŞIRIĞI
Bizi izləyin

Cənubi Qafqaz

Ordu hazır vəziyyətə gətirildi, Qarabağda gizli MÜHARİBƏ TAPŞIRIĞI

Azərbaycanın işğal edilmiş Dağlıq Qarabağ bölgəsində yaradılan qondarma rejimin “prezidenti” Bako Saakyan və “müdafiə naziri” Levon Mnasakyan təmas xəttindəki postlara gəlib.

Publika.az
Ermənistan mediasına istinadən xəbər verir ki, qondarma rejimin “rəhbərliyi” müdafiə xəttinin gücləndirilməsi tapşırığını verib.

Qeyd edək ki, bir gün öncə Qarabağdakı erməni ordusu hazır vəziyyətə gətirilib. İrəvanda baş verən daxili gərginlik fonunda atılan bu addım işğalçı ölkənin cəbhədə təxribat törədə biləcəyi ehtimalını gündəmə gətirib. Saakyanın erməni əsgərlərin olduğu döyüş postlarına gəlməsi də cəbhədə gizli nələrinsə planlaşdırıldığı versiyasını gücləndirir.

Asif

Oxumağa davam et
Reklam
Reklam

Gündəm