Döyüş vaxtı bilyard oynayan general və Sarkisyan... – İrəvanda “Aprel müharibəsi” üzrə ARAŞDIRMA
Bizi izləyin

Cənubi Qafqaz

Döyüş vaxtı bilyard oynayan general və Sarkisyan... – İrəvanda “Aprel müharibəsi” üzrə ARAŞDIRMA

Ermənistanda 2008-ci il 1 mart hadisələrinə görə keçmiş prezident Robert Koçaryanla yanaşı, hazırda Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının (KTMT) baş katibi Yuri Xaçaturov da istisntaqa cəlb olunub.

Publika.az
xəbər verir ki, əvvəlcə Xaçaturovun şahid kimi dindirildiyi deyilsə də, sonradan ona qarşı da Koçaryan kimi konstitusiya quruluşunun dəyişdirilməsinə cəhd ittihamı irəli sürülüb.

Xaçaturov 2008-ci il 1 mart hadisələri zamanı İrəvan qarnizonunun rəisi olub. Daha sonra o, erməni hərbi birləşmələrinin baş qərargah rəisi oldu. “Aprel müharibəsi”ndə Azərbaycan Ordusunun qələbəsindən sonra Serj Sarkisyan KTMT-nin baş katibliyinə Xaçaturovun namizədliyini irəli sürdü. KTMT-nin daxili prosedurana görə baş katiblik postuna təyinatda Ermənistanın növbəsi olduğu üçün Xaçaturov bu postda fəaliyyətə başladı.

Məlumatlara görə, Xaçaturova qarşı Ermənistanda ittiham irəli sürüləndən sonra onun KTMT daxilində mövqeyi zəifləyib, hətta yaxın günlərdə onun baş katib postundan uzaqlaşdırıla biləcəyi haqda danışılır.

Ermənistan mediası isə Serj Sarkisyanla Xaçaturovun “aprel müharibəsi”nə görə də istintaqa cəlb olunmasının vacibliyini yazır.

Erməni siyasi şərhçi Akop Badalyan yazır ki, Xaçaturov 2016-cı il “aprel müharibəsi” zamanı baş qərargah rəisi postunda idi.

“Müharibənin ilk günündə Xaçaturov Karen Çşmarityanla birlikdə milyard oynayırmış. Ona müharibənin başlanması haqqında məlumat veriləndə isə oyununu yarımçıq kəsməyi lazım bilməyib. Nəticələrsə ağır oldu. Bu şəxslər “aprel müharibəsi”nə görə də məsuliyyətə cəlb olunmalıdır”, - deyə erməni şərhçi qeyd edib.

Asif

Oxumağa davam et
Reklam
Reklam

Gündəm