Koçaryanı müdafiə edən erməni deputatın mandatı alınır
Bizi izləyin

Cənubi Qafqaz

Koçaryanı müdafiə edən erməni deputatın mandatı alınır

Ermənistanda sabiq prezident Robert Koçaryanın həbsinə qarşı çıxan deputat Vardan Bostandjyanın mandatı ləğv oluna bilər.

Publika.az
xəbər verir ki, Ermənistan mediası “Sarukyan” fraksiyasının üzvü olan deputatın istefa ərizəsini yazdığı haqda məlumat yayıb.

İddialara görə, Vardan Bostandjyan Koçaryanı müdafiə edəndən sonra onu mandatını təhvil verməyə məcbur ediblər.

Bostandjyanın özü isə “armlur.am” saytına açıqlamasında istefa etmək niyyətində olduğunu təkzib etməyib.

“Hələlik mandatımı verməmişəm, amma bu haqda düşünürəm”, - deyə o bildirib.

Lakin erməni deputat bildirib ki, istefa vermək istəyi Koçaryan haqqında dediyi fikirlərə görə yox, sağlamlıq problemlərinə görədir.

Asif

Oxumağa davam et
Reklam
Reklam

Gündəm