Makron Paşinyanın ümidlərini puç etdi - Fransa mediası YAZDI
Bizi izləyin

Cənubi Qafqaz

Makron Paşinyanın ümidlərini puç etdi - Fransa mediası YAZDI

Ermənistanın baş naziri Nikol Paşinyan Fransa prezidenti Emmanuel Makronun İrəvana gəlişinə böyük ümidlər bəsləyirdi. Erməni baş nazir hesab edirdi ki, bu səfərdən sonra Fransa kapitalı Ermənistana axacaq.

Publika.az
xəbər verir ki, bu barədə “Le Figaro” nəşri yazıb.

Nəşr qeyd edir ki, Ermənistanda inqilab baş versə də, iqtisadi durğunluq pik həddindədir.

“Paşinyanın Makronla müzakirələrində daha çox iqtisadi məsələlər üzərində dayanması da onun kapitala ehtiyacının olduğunu göstərir. Siyasi dəyişiklik iqtisadi artıma səbəb olmadı, bütün sektorlar hələ də oliqarxların əlindədir. Digər tərəfdən, Ermənistanın iqtisadi cəhətdən Rusiyadan böyük asılılığı davam edir. Bu isə Ermənistana investisiya yatırımını riskli edir”, - deyə nəşr yazır.

Ermənistan mediası da Makronun bu ölkəyə ehtiyatla yanaşdığını yazıb.

Erməni şərhçi Sərqis Artsruni də yazır ki, inqilab böyük gözləntiləri doğrultmur: “Paşinyan parlamentdə çoxluğa malik deyil. Qarşıdan seçkilər gəlir. Bu baxımdan, Makronun Ermənistana ehtiyatla yanaşması normaldır”.

Asif

Oxumağa davam et
Reklam
Reklam

Gündəm