Cənubi Qafqaz
Gürcüstan XİN Azərbaycanla görüş barədə bəyanat yaydı
Gürcüstanın Xarici İşlər Nazirliyi (XİN) Azərbaycanla sərhədin müəyyən olunması məsələsi üzrə bu gün Bakıda keçirilən görüşlə bağlı bəyanat yayıb.
Publika.az “Report”a istinadən xəbər verir ki, sənəddə işçi görüşdə Gürcüstan və Azərbaycanın xarici işlər nazirlərinin müavinləri - Laşa Darsalia və Xələf Xələfovun iştirak etdikləri bildirilib.
Bəyanatda qeyd olunub ki, tərəflər dövlət sərhədinin delimitasiyası məsələsini və gələcək addımları müzakirə ediblər.
Görüşdə bildirilib ki, dövlət sərhədinin, təxminən, 2/3 hissəsi müvafiq komissiyalar tərəfindən razılaşdırılıb, mübahisəli hissələrlə bağlı mövqelərin razılaşdırılması ilə bağlı fəal danışıqların yenilənməsinin vacibliyi vurğulanıb.
Delimitasiya və demarkasiya komissiyasının rəsmi iclasının gələn həftə keçirilməsi barədə qərar qəbul olunub.
Tərəflər məsələ ilə bağlı istənilən təxribatların qəbulolunmaz olduğunu bildirərək delimitasiya prosesində strateji tərəfdaşlıq və mehriban qonşuluq münasibətlərinin rəhbər tutulacağı barədə razılığa gəliblər.
-
Art18:33
Azərbaycanda gənc yazıçı vəfat etdi
-
Nida Xəbər 18:30
Prezidentdən Fransaya XƏBƏRDARLIQ: "Kritik həddə çatsa, onda bizdən heç kim inciməsin”
-
Ekologiya18:08
Güclü külək əsəcək, yağış yağacaq - XƏBƏRDARLIQ
-
Region18:00
Köçəryan Paşinyanın impiçmenti ideyasını ələ saldı: O səsləri haradan alacaqlar?
-
Rəsmi xronika17:30
İlham Əliyev Laçında sakinlərlə görüşdü
-
Qarabağ 17:10
Vardanyanın Bakıda “yazdığı” məktub həbsxanadan necə çıxıb?
-
Qoroskop16:42
40 yaşından sonra həyatları dəyişəcək bürclər: Pul, ev, karyera...
-
Rəsmi xronika16:00
İlham Əliyev və xanımı Şuşada açılışda iştirak etdilər