Cənubi Qafqaz
Qalstanyan indi də İRƏVANI QARIŞDIRIR: hakimiyyətə tələblər irəli sürəcək - VİDEO
Erməni Apostol Kilsəsinin Tavuş yeparxiyasının rəhbəri Baqrat Qalstanyanın rəhbərliyi ilə İrəvanın Respublika meydanında “Vətən uğrunda” hərəkatının çoxminlik aksiyası keçirilir.
Publika.az News.am-a istinadla xəbər verir ki, mayın 4-də sərhəddəki Kirants kəndindən İrəvana doğru başlayan yürüş başa çatıb.
Etiraz hərəkatına müxtəlif geosiyasi yönümlü bir çox siyasi qüvvələr, ictimai xadimlər, elm və incəsənət xadimləri, tələbələr qoşulub.
Onlar Azərbaycana birtərəfli güzəştlər siyasətinə qarşıdırlar.
Mitinqdə arxiyepiskop Qalstanyanın hakimiyyətə tələblər səsləndirəcəyi gözlənilir.
Xatırladaq ki, bundan əvvəl Ermənistan Milli Təhlükəsizlik Xidməti mayın 9-da planlaşdırılan etiraz aksiyasının iştirakçılarının qanunsuz hərəkətlərinə qarşı xəbərdarlıq edərək, konstitusiya quruluşunu təhdid edən hər hansı qanunsuz hərəkətin qanunla nəzərdə tutulmuş bütün vasitələrdən istifadə etməklə zərərsizləşdiriləcəyini vəd edib.
Hüseyn İbadlı
-
İdman02:12Antonelli avtomobili taxta darvazaya çırpdı – VİDEO
-
Magazin101:30Rafet El Roman azərbaycanlı nişanlısı ilə - FOTO
-
Kriminal00:45Tovuzda kütləvi dava: Ölən və yaralanan var - YENİLƏNDİ
-
Qoroskop00:15Günün ULDUZ FALI - Onların bu davranışı sizi hövsələdən çıxara bilər
-
Magazin100:00"Qızımı belə böyütməməli idim" - Sənubər İsgəndərli
-
Rəsmi xronika24 Oktyabr 23:36İnfantinodan Prezidentə xatirə hədiyyələri - FOTO
-
Sosial24 Oktyabr 22:24Türkiyənin Gəncədəki baş konsulu köməkçisi ilə nişanlandı
-
Dünya24 Oktyabr 22:12Kim Çen In ən böyük hədəfini açıqladı















.png)




















