Xankəndində 3 saatlıq Qarabağ görüşü – Ermənilər PLAN HAZIRLADI
Bizi izləyin

Cənubi Qafqaz

Xankəndində 3 saatlıq Qarabağ görüşü – Ermənilər PLAN HAZIRLADI

Ermənistanın xarici işlər naziri Zoqrab Mnatsakanyan Azərbaycanın işğal edilmiş Dağlıq Qarabağ ərazisinə gəlib.

Publika.az
xəbər verir ki, Mnatsakanyan Xankəndində separatçı rejimin “rəhbəri” Bako Saakyanla görüşüb.

3 saat davam edən görüşdən sonra Mnatsakanyan bildirib ki, Saakyanla Dağlıq Qarabağ münaqişəsini müzakirə ediblər. O, müzakirələrin müsbət keçdiyini vurğulayıb.

Mnatsakanyan separatçı rejimin “xarici işlər naziri” Masis Mailyanla da görüşüb. Onlar arasında 2019-2020-ci illər üzrə konsultasiya planı imzalanıb.

Z.Mnatsakanyan Qarabağa iyulun 3-ü gəlib, səfər 5 iyula kimi davam edib.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm