Sarkisyanla bağlı QƏRAR: əmlakı müsadirə olunur
Bizi izləyin

Cənubi Qafqaz

Sarkisyanla bağlı QƏRAR: əmlakı müsadirə olunur

Ermənistanın Baş Prokurorluğu vəkil Amram Makinyanın Ermənistanın keçmiş prezidenti Serj Sarkisyanla bağlı şikayətini rədd edib.

Teleqraf.com xəbər verir ki, bu barədə Sarkisyanın vəkili məlumat yayıb.

Yanvarın 10-da Xüsusi İstintaq Xidməti Ermənistanın üçüncü prezidenti Serj Sarkisyanın işi üzrə ibtidai istintaqı başa çatdırıb. Keçmiş prezident mənimsəmə və ya mənimsəmədə iştirak etməkdə ittiham olunur.

İstintaqa görə, Serj Sarkisyan prezident olarkən rəsmi mövqeyindən istifadə edərək, ayrı-ayrı vaxtlarda bir qrup vəzifəli şəxsdən 1 milyon dollar maddi vəsaiti mənimsəyib. Onun əmlakının müsadirə ediləcəyi gözlənilir.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm