Cənubi Qafqaz
Daha bir FETÖ məktəbinin fəaliyyəti dayandırıldı
Gürcüstanın Şota Rustaveli İbtidai Liseyinin lisenziyası ləğv edilib.
Publika.az xəbər verir ki, məktəbin Fətullah Gülən Terror Təşkilatı (FETÖ) ilə əlaqəsi aşkarlanıb.
Lisenziyanı Gürcüstan Təhsilin Keyfiyyətini İnkişaf Mərkəzi ləğv edib. Mərkəzdən verilən açıqlamada bildirilib ki, illik tədris planı ilə məktəbin tədris şərtləri arasında uyğunsuzluq müəyyən edilib. Buna görə də lisenziyası ləğv olunub.
Gürcüstan qanunlarına görə, lisenziyası ləğv olunan məktəblərdə qərarın verildiyi gündən tədris dayandırılır.
Qeyd edək ki, Gürcüstanda bu günə qədər FETÖ ilə əlaqələri aşkarlanan 4 məktəb bağlanıb. Hazırda ölkədə FETÖ-nün nəzdindəki Beynəlxalq Qara Dəniz Universiteti fəaliyyətini davam etdirir.
Zümrüd
-
Dünya10:00ABŞ-dan Hörmüz AÇIQLAMASI - İranı ələ saldı: Donanma yoxdur
-
Sosial09:18Azərbaycanda bir sıra dövlət qurumlarının saytlarına kiberhücum olundu - Rəsmi
-
Səhiyyə08:48Erkən insulta səbəb olan məişət vərdişləri - Həyat üçün təhlükə yaradan nələrdir?
-
ABŞ08:00ABŞ-dan kritik qərar: Bu bank 1,21 milyard dollar cərimələndi
-
İKT07:30Xəbərdarlıq: Süni intellekt ev cihazları vasitəsilə yayıla bilər
-
Avropa04:14Dənizin sahilində UNO aşkarlandı - Hərbi Jandarma hərəkətə keçdi
-
ABŞ03:43Ağ Evin yeni mətbuat katibini HƏDƏLƏDİLƏR
-
Avropa02:42Papanın ağciyərinin bir hissəsi çıxarıldı - YENİLƏNDİ














.jpg)























