Ermənilər Paşinyanı TOPA TUTDU: "Ölkədən qaçmaq üçün..."
Bizi izləyin

Cənubi Qafqaz

Ermənilər Paşinyanı TOPA TUTDU: "Ölkədən qaçmaq üçün..."

"Dünəndən bəri həyəcanımı və qəzəbimi idarə etməyə çalışmışam, ancaq səhər Tovuzda düşmən tərəfindən atəşə tutulduqdan sonra Paşinyanın səhifəsində zarafat və PR mövzusunda videonu görəndən bəri susa bilmirəm. Nikol, sən bir dəlisən".

Publika.az xəbər verir ki, bu sözləri erməni jurnalist Hasmik Manukyan ötən gün cəbhənin Tovuz istiqamətində baş verən hadisələr barədə yazarkən qeyd edib.

O bildirib ki, Ermənistanın baş naziri Nikol Paşinyan vətən qarşısında məsuliyyətin nə demək olduğunu bilmir: "Ancaq PR və ölkədən qaçmaq üçün sərvət yığmaq barədə düşünürsünüz. Budur sizin düsturunuz. Ancaq həzm etməyəcəksiniz. Beynəlxalq strukturlar, geosiyasi ağırlıqda olan ölkələr və ölkənin müdafiəsi ilə sıx təmaslarda olmaq üçün indi burnunuzu silməyə vaxtınız olmamalıdır. Xeyr, bəs necə olacaq sizin feysbukunuz? Axmaq bir qeyd paylaşmayınca sakitləşməyəcəksiniz. İnsanların sözlərinə görə, hakimiyyət dəli olur".

Jurnalist məqaləsinin sonunda Paşinyanı "qoyun" adlandırıb.

Zümrüd

Oxumağa davam et
Reklam
Reklam

Gündəm