İrəvanda 5 gün sonra toqquşmalar başlayır: Paşinyana qarşı Bakı ittihamı
Bizi izləyin

Cənubi Qafqaz

İrəvanda 5 gün sonra toqquşmalar başlayır: Paşinyana qarşı Bakı ittihamı

Ermənistanda Nikol Paşinyan hakimiyyətinə qarşı etiraz aksiyalarına start verilir.

Publika.az
xəbər verir ki, “Erməni qartalları: Birləşmiş Ermənistan” partiyası sentyabrın 19-da saat 17:00-da “Azadlıq” meydanına aksiya keçirməyi planlaşdırır.

Aksiyanın məqsədi Nikol Paşinyanın erməni kiləsi ilə mübarizəsində kilsənin müdafiəsini təşkil etməkdir.

Partiya hər kəsi meydana dəvət edir və bəyan edir ki, “Ermənistanı türkpərəst, anti-milli qüvvələrdən qorumaq lazımdır”.

Partiya Nikol Paşinyanı və komandasını Türkiyə və Azərbaycanpərəst olmaqda ittiham edir.

“Anti-milli qüvvələrin vətənimizi alçaltmasına laqeyd qalmağa haqqımız yoxdur”, - partiya bəyan edib.

Ermənistanda müxalifətin hakimiyyətə qarşı mübarizəsi qızğın mərhələyə keçir. Respublika Partiyasının, “Çiçəklənən Ermənistan” və “Vətən” partiyası regionlarda təşkilatlanmanı gücləndirir. Hətta Paşinyanı dəstəkləyən “Sasna srer” partiyası da sentyabrın sonunda etiraz aksiyası keçirməyə hazırlaşır. Ermənistan mediası daxili siyasətdə qarşıdurmanın gücləndiyini, ölkəni “isti payız” gözlədiyini yazır.

Hakimiyyətin pandemiyaya görə karantin rejimini 4 ay – ilin sonuna qədər uzatmasının səbəbi də məhz etirazların qarşısını almağa hesablanıb. Lakin müxalifət geri çəkilməyəcəyini, meydanlara çıxacağını bildirir. Ekspertlər 2018-ci il inqilabından sonra İrəvan küçələrində yeni toqquşmaların ola biləcəyini istisna etmirlər.

Asif

Oxumağa davam et
Reklam
Reklam

Gündəm