Azərbaycanda 7 mindən çox gürcü konsulluq qeydiyyatından keçdi
Bizi izləyin

Cənubi Qafqaz

Azərbaycanda 7 mindən çox gürcü konsulluq qeydiyyatından keçdi

“Ən çox Gürcüstan vətəndaşları 5 ölkədə konsulluq qeydiyyatına alınıblar”.

Publika.az xəbər verir ki, bu barədə ölkənin xarici işlər nazirinin müavini Xatuna Totladze bildirib.

Onun sözlərinə görə, siyahıda birinci yeri 13 221 vətəndaşla Yunanıstan tutur:

“İkinci yerdə Azərbaycandır. Bu ölkədə 7 038 Gürcüstan vətəndaşı qeydiyyatdan keçib. ABŞ-da 4 312, Ukraynada 3 543, İspaniyada isə 3 124 vətəndaş konsulluq qeydiyyatına alınıb”.

Nazir müavini həmçinin deyib ki, oktyabrın 31-də Gürcüstan parlamentinə keçiriləcək seçkilərlə bağlı ölkə xaricində seçki məntəqələri yaradılacaq:

“Hazırkı mərhələdə neçə seçki məntəqəsinin açılacağ hələ məlum deyil. Oktyabrın 10-dək xaricdə olan Gürcüstan vətəndaşları konsulluq şöbələrində qeydiyyatdan keçəcəklər. Avqustun 11-nə olan göstəriciyə əsasən, qeydiyyatda 52 702 vətəndaş var”.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm