Paşinyanın oğlu Qarabağda döyüşməkdən İMTİNA ETDİ
Bizi izləyin

Cənubi Qafqaz

Paşinyanın oğlu Qarabağda döyüşməkdən İMTİNA ETDİ

Ermənistanın baş naziri Nikol Paşinyanın həyat yoldaşı Anna Akopyan oğlu Aşotun Qarabağdakı döyüşlərə qatılacağını söyləmişdi.

Ermənistan KİV-nin yazdığına görə, bu populist açıqlamadan bir saat keçdikdən sonra o, yenidən danışaraq oğlunun cəbhəyə getməyinə lüzum olmadığını deyib.

“İndi aydın olub ki, oğluma döyüş meydanında ehtiyac yoxdur”-deyə o söyləyib.

Ermənistan müxalifəti Anna Akopyanın əvvəldən oğlunu cəbhəyə göndərmək istəmədiyini, Aşot Paşinyanın da Qarabağa getməkdən imtina etdiyini yazıb. (modern.az)

Oxumağa davam et
Reklam
Reklam

Gündəm